Banner

SSRİ-nin 250 tonluq kranı - FOTO

Maraqlı 27 Fevral 2023 08:00 Oxunub 1170
SSRİ-nin 250 tonluq kranı  - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Sovet İttifaqında kobud və ağır olsa belə, praktik işə yarayan texnikalar istehsal edilirdi.  
Avtosfer.az-ın xəbərinə görə, ölkədə istehsal edilən bütün yük avtomobillərinin bazasında avtokranlar hazırlanıb. 
70-ci illərdə raket sənayesinin inkişafı daha güclü kranların istehsalını şərtləndirirdi. Sovet ordusu Odessadakı zavodlardan birinə 25 tonluq kran sifariş etdikdə mühəndislər onu MAZ-543-ün şassisində (Ukraynada müharibə kadrlarında bu maşını görmək olar) yığmağı təklif edirlər. Yeni kran uğurlu alınsa da, sonradan ordunun ehtiyacını ödəmədiyi üçün cüzi dəyişikliklə mülki texnika kimi uzun illər istifadə edilir. Odessalı mühəndislər 40-60-80-100-120 tonluq kranlar istehsal edirləe. 
Lakin 140 tonluq kran çertyoj olaraq qalır. əvəzinə 250 tonluq kranlar hazırlanır. 1985-ci ildə hazırlanan texnikanın qolunun uzunluğu 53-96 metr arası dəyişirdi. 525 at gücündə mühərrik 106 tonluq texnikaya 50 km/saat sürət verə bilirdi. 
Bu texnikalar hamısı avtomat sürət qutusu ilə təchiz edilmişdi.

Vüqar 

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh