Süni intellekt zəka tələb edən işlərdə çalışanları işsiz qoyacaq – McKinsey şirkətinin hesabatı

Süni İntellektlə bağlı qlobal bum bir çox sənaye sahəsinin inkişafına səbəb olacaq. Lakin eyni zamanda zəka tələb edən işlərdə çalışanlar üçün “dərin sarsıntılar” yaradacaq.
Avtosfer.az xəbər verir ki, bu barədə Bu McKinsey konsaltinq şirkətinin yeni hesabatında bildirilir.
Bloomberg bu hesabatın əsas müddəaları barədə yazıb.
Tədqiqata görə, Süni İntellektin (Sİ) proqram səviyyəsində tətbiqi ildə 2,6 trilyon dollardan 4,4 trilyon dollara qədər iqtisadi qazanc gətirəcək. Bu bütün qlobal iqtisadiyyatın 4,4%-ni təşkil edir.
Bundan ilk növbədə yüksək texnologiya, pərakəndə satış, bankçılıq, turizm və logistika, qabaqcıl istehsal və səhiyyə sənayeləri faydalanacaq.
Analitiklər təxminən 850 peşə üzrə süni intellektin 63 istifadə halını nəzərdən keçiriblər. Araşdırmaya görə, texnologiyanın sahələr üzrə tətbiqindən asılı olaraq, növbəti 20 il ərzində məhsuldarlığın artımı 0,1%-dən 0,6%-ə qədər ola bilər.
Hesabatda deyilir ki, bu cür transformasiya əvvəllər avtomatlaşdırma üçün əlçatmaz sayılan işləri əhatə edəcək, yüksək maaşlı zəka əməyi tələb edən işlərdə çalışanların üzərinə düşən yükü artıracaq.
Bir neçə il əvvələ qədər McKinsey hesab edirdi ki, dünyada iş vaxtının təxminən yarısı avtomatlaşdırıla bilən işlərə sərf olunur. İndi bu rəqəm 60-70%-ə yüksəlir. Beləliklə, işçilər iş saatlarının yenidən bölüşdürüldüyünü və işlərin ləğv edildiyini görə bilərlər. “İşçilərin yeni bacarıqları öyrənməkdə dəstəyə ehtiyacı olacaq. Bəziləri peşələrini dəyişəcək”, – məlumatda deyilir.
“McKinsey”ə görə, süni intellektin tətbiqindən əldə edilən dəyərin təxminən 75%-i dörd biznes sahəsindən gəlir: müştəri xidməti, marketinq və satış, proqram təminatı və tədqiqat və inkişaf.
Hesabata görə, təkcə banklar süni intellektin köməyi ilə əlavə 200-340 milyard dollar qazana bilər. Bu da sənaye miqyasında 9%-15% əməliyyat mənfəətinin artımına bərabərdir.
Bu texnologiya tədqiqat və inkişafda məhsuldarlığı 10-15% artıra bilər. Məsələn, kimya sənayesində süni intellektin tətbiqi yeni dərmanların və materialların hazırlanmasını sürətləndirəcək. Əczaçılıq şirkətləri üçün bu, mənfəəti 25% artıracaq.
McKinsey əvvəlki araşdırmasında iddia edirdi ki, 2027-ci il süni intellektin insanlarda olduğu kimi tapşırıqları”təbii dilə anlama”sına uyğunlaşa biləcəyi ilk il olacaq. Şirkət indi bunun 2023-cü ildə baş verəcəyinə inanır.
(azpost.info)
3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO












