Sürücü kruasanları isti-isti mağazaya çatdırmaq üçün 70-lik yolu 120 ilə getdi - VƏSİQƏSİZ QALDI - FOTO

Belçikanın Amua kommunasından olan sürücünün məhkəmədə dedikləri bir çox ölkədə jurnalistlərin marağına səbəb olub.
Avtosfer.az xəbər verir ki, polis sürücünü 70 km/saat sürət limiti olan yolda 121 km/saat sürətlə gedərkən saxlayıb. Təbii ki, belə böyük qayda pozuntusuna görə polisin cəza tətbiq etmək səlahiyhyəti olmadığı üçün iş məhkəməyə göndərilib.
Məhkəmənin qərarı ilə sürücüyə 320 avrosu qiyabi olmaqla 640 avro cərimə kəsilib və sürücülük hüququndan məhrum edilib. O, vəsiqəsini bərpa etmək üçün təkrar imtahan verməlidir.
Bunlar Avropada istənilən sürücünün başına gələ bilər. Lakin ən maraqlı məqam sürücünün məhkəmədəki ifadəsi olub. O, bazar günü səhər saatlarında kruasanları mağazalara isti-isti çatdırmaq üçün sürəti artırdığını bildirib.
Təbii ki, məhkəmə bu “əsaslandırmanı” qəbul etməyib. Onun dəfələrlə oxşar qayda pozuntusuna yol verdiyi üzə çıxıb.

Bir maraqlı məqam da belçikalı sürücünün bizim bəzi sürücülərimizlə oxşarlığıdır. Əgər belçikalı fransız mədəniyyətinin təsiri ilə qayda pozuntusunu kruasan daşıması ilə izah edirsə, bizdə bəhanə budur: maşında xəstə var, xəstəxanaya çatmalıyam, və ya məşqə tələsirəm. Əksər hallarda isə bəhanələr əsassız olur.

Lakin belə “dəlillər” nə Azərbaycan, nə də Belçika polisini inandırmaq mümkündür. Bir sözlə, intizamsız sürücüləri dilindən, dinindən, vətəndaşlığından asılı olmayaraq ümumi “dəyərlər” birləşdirir.
Vüqar Yaşaroğlu
Niyə hələ də bir saatı 60 dəqiqəyə bölürük? - 5000 illik sirr
İsveçli mühəndislərin özünəməxsus yumoru - FOTO
Sürücülük vəsiqəni təhvil ver, 50 000 al - FOTO
Bəlkə bu ekspozisiya daimi olsun? - FOTOLAR
İctimai nəqliyyatın əsasını qoyan fizik - FOTOLAR
Çində artıq skuterlərə də lidar quraşdırılır
Emin Ağalarovun qızı avtomobil sürdü – VİDEO
Lyukları son 60 ildə niyə premium sinif maşınlara quraşdırılır? - ARAŞDIRMA
600 manata görə təyyarəyə həbs qoyuldu
Bu rəngdə ikinci əl avtomobilləri satmaq daha çətin olur - ARAŞDIRMA
Yaşıl enerjiyə keçid iqlim dəyişikliklərinə necə təsir edəcək? – Ekoloq AÇIQLADI










