Sürücüdən nümünəvi hərəkət: Onlarla avtomobili qəzadan xilas etdi - VİDEO

Paytaxtda nümünəvi sürücünün diqətli hərəkəti müzakirəyə asəbəb olub.
Avtosfer.az xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə geniş yayılıb.
Belə ki, dünən axşam saatlarında Koroğlu metrosundan üzü hava limanı istiqamətində yolun Sabunçuya dönən hərəkət hissəsinə daş-çınqıl dağılıb. Günün qaranlıq saatları olduğu üçün sürücülər yoldakı maneəni görməyib, çətin anlar yaşayıb. Belə probemlə rastlaşan sürücülərdən biri isə avtomobilində olan xəbərdarlıq nişanını yolun əvvəlinə yerləşdirib. Nəticədə sürücülər bu nişanı görüb, sürətini azaldıb, daha təhlükəsiz və diqqətli hərəkət edib.
Qeyd edək ki, yoldakı maneəyə səbəb yük maşınlarının həddən artıq yüklənməsidir. Yük yerinə daşacaq qədər daş, çınqıl, qum və s. yüklənməsi nəticəsində hərəkətdə olarkən aşa, yola dağıla bilir.
Nümünəvi hərəkətlərini görüntüləyib sosial şəbəkədə paylaşan sürücü isə izləyicilər tərəfindən böyük rəğbətlə qarşılanıb.
Məhəbbət Tərlanoğlu
Niyə hələ də bir saatı 60 dəqiqəyə bölürük? - 5000 illik sirr
İsveçli mühəndislərin özünəməxsus yumoru - FOTO
Sürücülük vəsiqəni təhvil ver, 50 000 al - FOTO
Bəlkə bu ekspozisiya daimi olsun? - FOTOLAR
İctimai nəqliyyatın əsasını qoyan fizik - FOTOLAR
Çində artıq skuterlərə də lidar quraşdırılır
Emin Ağalarovun qızı avtomobil sürdü – VİDEO
Lyukları son 60 ildə niyə premium sinif maşınlara quraşdırılır? - ARAŞDIRMA
600 manata görə təyyarəyə həbs qoyuldu
Bu rəngdə ikinci əl avtomobilləri satmaq daha çətin olur - ARAŞDIRMA
Yaşıl enerjiyə keçid iqlim dəyişikliklərinə necə təsir edəcək? – Ekoloq AÇIQLADI










