Sürücülər üçün yeni təlim: Velosipedçinin hansı təhlükələrlə üzləşdiyini bildilər - VİDEO

Meksikada keçirilən xüsusi təlim çərçivəsində avtobus sürücüləri velosipedçilərin yolda hərəkəti zamanı qarşılaşdığı təhlükələri özləri təcrübədən keçirirlər.
Avtosfer.az xəbər verir ki, təlim zamanı sürücülər hərəkətdə olan avtobusun düz yanında velosiped sürərək, iri nəqliyyat vasitələri ilə eyni yolda hərəkət etməyin risklərini birbaşa hiss edirlər.
Bu təlimin əsas məqsədi avtobus sürücülərinin velosipedçilərin vəziyyətini daha yaxşı anlamasını təmin etmək və onları yol hərəkətində daha diqqətli olmağa sövq etməkdir. Təcrübə göstərir ki, bu cür praktiki yanaşmalar sürücülərin velosipedçilərə qarşı daha anlayışlı və məsuliyyətli davranmasına kömək edir.
.jpg)
Bu təşəbbüs, xüsusilə sıx şəhər nəqliyyatında velosipedçilərin təhlükəsizliyini artırmaq üçün önəmli addım hesab olunur. Mütəxəssislər hesab edir ki, bu cür təlimlər müxtəlif ölkələrdə tətbiq olunsa, yol qəzalarının sayını əhəmiyyətli dərəcədə azaltmaq mümkündür.
Ekspertlər hesab edirlər ki, Azərbaycanda da bu cür layihələrin tətbiqi sürücülərin velosipedçilərə münasibətini müsbət yöndə dəyişə və yol hərəkətinin təhlükəsizliyini artırmağa kömək edə bilər.
Eltac Zülfüqaroğlu
Niyə hələ də bir saatı 60 dəqiqəyə bölürük? - 5000 illik sirr
İsveçli mühəndislərin özünəməxsus yumoru - FOTO
Sürücülük vəsiqəni təhvil ver, 50 000 al - FOTO
Bəlkə bu ekspozisiya daimi olsun? - FOTOLAR
İctimai nəqliyyatın əsasını qoyan fizik - FOTOLAR
Çində artıq skuterlərə də lidar quraşdırılır
Emin Ağalarovun qızı avtomobil sürdü – VİDEO
Lyukları son 60 ildə niyə premium sinif maşınlara quraşdırılır? - ARAŞDIRMA
600 manata görə təyyarəyə həbs qoyuldu
Bu rəngdə ikinci əl avtomobilləri satmaq daha çətin olur - ARAŞDIRMA
Yaşıl enerjiyə keçid iqlim dəyişikliklərinə necə təsir edəcək? – Ekoloq AÇIQLADI










