Sürücüləri ara məsafəsi saxlamağa necə alışdırmaq olar?

Bu problemin tarixi Azərbaycanda kifayət qədər böyükdür. 60-70-ci illərdə Bakıda çəkilən kadrlara baxdıqda da görürük ki, sürücülərin çoxu düzgün ara məsafəsi gözləmirlər. Sadəcə olaraq həmin vaxt intensivlik az olduğundan ciddi problem yaranmırdı. İndi isə vaxt və şərait başqadır.
Sovet avtomobillərinin sükan mexanizmi ağır olduğundan və mexaniki ötürmə səbəbindən sürücülər qarşıdakı nəqliyyat vasitəsinə obrazlı desək “yapışmırdılar”. İndi bəzən işıqforda gözləyən avtomobillərin arasında 1 piyadanın keçə bilməyəcəyi qədər məsafə olur.
Şəxsi müşahidələrim göstərir ki, Bakıda hərəkət zamanı hansısa sürücü ara məsafəsini gözləyirsə dərhal bir “şahmatçı” peyda olaraq həmin boşluğu doldurur. Qədim latın məsəlində deyildiyi kimi sanki “təbiət boşluqdan qorxur”.
Azərbaycan qanunvericiliyi ilə beynəlxalq qanunvericilik arasında ara məsafəsinə verilən tələblər eynidir. Bu pis vərdişlə mübarizə də mümkündür. Lakin yol polisinin vizual qiymətləndirmə əsasında kiməsə təsadüfi cərimə yazması heç nəyi dəyişməyəcək.
Avropa ölkələrində bunun çarəsi tapılıb: ara məsafəsi ölçən radarlar işin öhdəsindən lazımınca gəlir. Bu qurğular 40 meqapiksellik kamera ilə təchiz edildiyi üçün çox böyük məsafədən eyni anda onadək avtomobili nəzarətə götürə bilir. Bu zaman təkcə distansiya deyil, sürət də ölçülür. Başqa sözlə, ara məsafəsi radarları həm də sürətölçən radarın funksiyasını da icra edir.
Avropa və Amerika təcrübəsi sübut ediur ki, ara məsafəsi məsələsinin öhdəsindən sıravi polis əməkdaşının gəlməsi mümkün deyil. Lakin texniki vasitələr məsələni tezliklə yoluna qoya bilir.
Azərbaycan qanunvericiliyində ara məsafəsinin gözlənməməsinə görə 40 manat cərimə nəzərdə tutulur. Lakin nəzarət mexanizmi olmadığı üçün çoxları bu tələbi qulaqardına vurur. Tədqiqatlar göstərir ki, distansiyanın göslənilməməsi şəhər yerlərində çox ciddi qəzalara səbəb olur. Əgər magistralda qarşı yola çıxaraq (bu özü də qayda pozuntusudur – müəl.) qəzadan yayınmaq ehtimalı varsa, şəhərdə belə bir şans yoxdur. O ki qaldı istənilən vəziyyətdən çılxa biləcəyini düşünən sürücülərə, yalançı özünəinam fizika qanunlarından üstün ola bilməz.
Vüqar
Sumqayıtın 50 il əvvəlki nəqliyyat sistemi indiki tələblərə necə uyğunlaşdırılıb? – ARAŞDIRMA - FOTO
192 sərnişin bilet aldı, təyyarə isə boş getdi
Bu avtomobillər uzaq məsafələrə səfərlərdə sizi yolda qoymayacaq – ARAŞDIRMA - FOTOSESSİYA
Maşını sürməsəniz də, illik 8 mindən çox xərc çəkə bilərsiz - ARAŞDIRMA
İslam Səfərli küçəsində hansı dəyişikliklər edilməlidir? – EKSPERT RƏYİ - FOTO
"8888" nömrəli lüks Mercedes Çində dəfn olundu - VİDEO
Çin yeni yanacağa sərmayə qoyur – 4 MANATA 116 KİLOMETR
Taksi sürücüsünün üsyanı: Dərdinizi mənə yox, ona danışın - FOTO
Limit yoxdur, amma almanlar sürmürlər – SƏBƏB - FOTO
Rəqqasə Fatimə Bakı metrosunda görün neylədi – VİDEO










