Şuşaya gedən tunellərin tikintisi ilə bağlı AÇIQLAMA - VİDEO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən iyunun 14-də yeni Əhmədbəyli-Füzuli-Şuşa 1-ci texniki dərəcəli avtomobil yolunun Daşaltı kəndi ərazisindən keçən hissəsində təməli qoyulan tunel də daxil olmaqla yol boyu ümumilikdə yeddi tunelin inşası nəzərdə tutulub ki, onlardan 4-də hazırda tikinti işləri sürətlə davam etdirilir.
Şərti olaraq T5 adlandırılan və 431 metr uzunluğunda olan tunelin sol hərəkət istiqaməti üzrə üst yarı hissəsində qazma işləri artıq tamamlanaraq tuneldə daxili hərəkət təmin olunub.
Tunelin 478 metr uzunluğa malik sağ istiqaməti üzrə qazma işləri isə davam etdirilir və yaxın günlər ərzində sözügedən hissədə də daxili hərəkət təmin olunacaq.
İnşasına başlanılan digər üç tunelin (T1,T2 və T4) giriş hissələrində aparılan işlər də artıq tamamlanıb. Hazırda qazma, partlatma və qırıcı üsulları ilə tunellərdə qaya qruntlardan ibarət hissələrin kənarlaşdırılması davam edir.
Layihə üzrə yeddi tunelin ümumi uzunluğu təqribən 6.5 km təşkil edəcək. Uzunluqları 350-3300 metr arası dəyişən tunellər bir hərəkət istiqaməti üzrə iki hərəkət zolaqlı və 12 metr enində olacaq. Hazırda yol boyu müxtəlif hissələrdə torpaq yatağının inşası işləri davam etdirilir.
Bundan başqa doqquz viadukun, 59 suötürücü borunun və 10 yeraltı keçidin tikintisi də layihə üzrə nəzərdə tutulub ki, bu istiqamətdə də işlərə start verilib.
Qeyd edək ki, dörd və altı hərəkət zolaqlı olmaqla iri yaşayış məntəqələrindən, həmçinin məşhur Topxana meşəliyindən yan keçməklə inşa edilən 81.6 km-lik Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun ilk 48 km-i 6, 48-81.6 km arası isə dörd hərəkət zolağından ibarət olacaq. Müvafiq olaraq yol yatağının eni 29.5 və 21.5 metr təşkil edəcək.
Tikinti işləri “İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən, agentliyin rəhbərliyinin nəzarəti altında həyata keçirilir. Sözügedən yol başlanğıcını M6 Hacıqabul-Bəhrəmtəpə-Mincivan-Ermənistan Respublikası ilə dövlət sərhədi avtomobil yolundan götürməklə işğaldan azad edilmiş Füzuli, Xocavənd, Xocalı və Şuşa rayonlarının ərazisindən keçir.
Maşınını satmaq istədi; diaqnostikada nəticəni öyrənib xəstəxanalıq oldu - VİDEO
Yaşlı qadınların küçə təmizləməsi: DAVAM EDƏN SOVET ƏNƏNƏSİ - FOTO
Yol polisinin saxladığı sərxoş sürücü vəsiqə əvəzinə “İnstagram” profilini göstərdi - VİDEO
Dünyanın ilk qızılla örtülmüş küçəsi yaradılır - FOTOLAR
Yeni kəşflə avtomobillərin proqram təminatını qarajda güncəlləmək mümkün olacaq - ARAŞDIRMA
Bu ölkədə vəsiqəsiz sürücülərin avtomobili istisnasız müsadirə edilir
ABŞ elektromobil şirkətində qapı tutacaqlarının dəyişdirilməsi Konqresdə müzakirəyə çıxarıldı - FOTO
Dünyanın ən böyük rolkeri suya salındı – 10800 avtomobil tutur
Narkoman sürücülərlə mübarizədə Belçika təcrübəsi: HƏBS, CƏRİMƏ
Elektrikli avtomobilləri 13 il işlətdikdən sonra batareya tutumu 20-25% azalır - ARAŞDIRMA
Dünyanın ən gözəl stüardessaları - SİYAHI - FOTOLAR











