Taksi avtobus yoluna girərsə - COVİD TƏCRÜBƏSİ

Son günlərdə taksilərin avtobus yoluna daxil olması ilə bağlı müzakirələr artıb. Ümumi planda məsələyə münasibət bildirənlər kifayət qədər çoxdur. Yolların ayrılması ictimai nəqliyyatdan istifadə edənlərin ürəyincə olsa da, maşın sürənlərin çoxu narazıdır. Narazıların əsas “arqumenti” belədir ki, “dünyanın heç bir yerində belə şey yoxdur”.
Əlbəttə, bu fikri heç bir peşəkar ekspert dilə gətirmir və gətirməz. Çünki reallıqla daban-dabana ziddir. Bu fikirləri əsasən özünü düşünənlər dilə gətirir.
Bura qədəri öz yerində. Bəs taksilərin avtobus zolağına girişinə icazə verilsə vəziyyət necə olacaq?
Doğrudur, başqa ölkələrdə taksilərin avtobus zolağına girməsi, və ya dayama-durma nişanının taksilərə şamil edilməməsi halları var. Xüsusən də Avropa ölkələrində. Lakin bu, taksinin hər zaman avtobus zolağı ilə hərəkət etməsi anlamına gəlmir.
Bəs elə isə avtobus zolağı ilə taksi necə hərəkət edə bilər? Əvvəla, belə bir icazəni heç də bütün ölkələr vermir. İcazə olan ölkələrdə isə yalnız sərnişinlə hərəkət edənlərin bu yola girməsinə, yaxud sərnişin mindirib-düşürməsinə güzəşt edilir.
Bəs bizdə, taksilərə belə güzəşt edilsə nə baş verər? yaxın tarixə nəzər salaq.
Koronavirus pardemiyası dövründə bir çox avtomobil sahibi sərbəst hərəkət edə bilmək üçün sərnişin və ya yükdaşıma üçün icazə aldı. Hətta ovaxtkı statistika yük və sərnişin daşımağa cəlb olunan maşınların sayının artdığını bildirmişdi. Bu səbəbdən pandemiyanın sonlarına yaxın küçələrdə tıxaclar normaya çevirdi. Məlum oldu ki, rahat hərəkət etmək üçün ömründə bir dəfə sərnişin və ya yük daşımayanlar küçəyə çıxmaq üçün lisenziya alıb.
Bir neçə il əvvəlin təcrübəsinə nəzər salsaq əminliklə deyə bilərik ki, taksilərin avtobus yoluna buraxılması ilk mərhələdə səmərə versə də, cəmi 2 ay sonra “taksi”lər zolaqları zəbt edəcək. Bundan sonra isə yolları nişanlamaq və ya niaşlamamağın arasında heç bir fərq qalmayacaq.
Vüqar
Bakının nəqliyyat qovşaqları potensialının nə qədərini istifadə edir? – RƏQƏMLƏR
Avtomobilinə başqa nömrə taxan sürücü 17 min manat cərimələndi - FOTO
Zəngilanda ilk dəfə “Qarabağa Qayıdış – İlk Texnika Festivalı” keçirilib - FOTOSESSİYA
Tanınmış istehsalçı elektrikə kəskin keçiddən imtina etdi
Bakı tıxacına görə qonşuları arasında neçənci yerdədir? – STATİSTİKA
Məktəb avtobuslarında şagirdləri qoruyan sistem: Avtomobillər dayanır – VİDEO
Azərbaycanda yol tikintisində müasir texnologiyalar necə TƏTBİQ OLUNUR?
Bu düymə yanacaq sərfiyyatına təsir edə bilər – ARAŞDIRMA
Siqaretə görə küsən sərnişin, ayağı havada gedən KAMAZ sürücüsü
Bu avtomobillərdə sükan problemi aşkarlanıb: Kütləvi geri çağırma BAŞLANILDI
Avtomobil sürmə təlimində yaş məhdudiyyəti neçədir? – AÇIQLAMA - VİDEO












