“Taksi qiymətlərinin artırılması qanunazidd deyil” - RƏSMİ

Dövlət Avtomobil Nəqliyyatı Xidməti bayram günlərində taksilərdə qiymət artımı ilə bağlı məsələyə aydınlıq gətirib. Avtosfer.az xəbər verir ki, bu barədə Xidmətin mətbuat katibi Nuridə Allahyarova sosial şəbəkə hesabında yazıb.
Onun sözlərinə görə, taksi sürücülərinin mövsümə və dəyişən tələb-təklifə uyğun şəkildə qiymətləri artırıb azaltması qanunazidd əməl sayılmır: “Qanunvericilikdə taksilərlə bağlı hər hansı vahid tarif standartı mövcud deyil. Bu, xidmət bazarına uyğun şəkildə fərdi və ya hüquqi şəxsin özü tərəfindən tənzimlənir. Ancaq Dövlət Avtomobil Nəqliyyatı Xidməti olaraq mütəmadi şəkildə taksi sürücülərinə şifahi xəbərdarlıq edirik və tətbiq ediləcək qiymətlərin istehlakçının ödəmə qabiliyyətinə uyğun olmasını nəzərə almalarını tövsiyə edirik”.
Qeyd edək ki, bayram günlərində ictimai nəqliyyat işləmədiyindən gündəlik xidmət sahəsində çalışan vətəndaşlar taksilərdən istifadə etmək məcburiyyətində qalıb. Tələbat çoxaldığından bəzi taksi sürücüləri gediş qiymətlərini artırıblar.
İki milyarda metro: 15 stansiya, 32 qatar....
Vətəndaşlıq almaq neçəyə başa gəlir?
Çin hökuməti “təkərli smartfon”lara qadağa qoyur
Niyə hələ də bir saatı 60 dəqiqəyə bölürük? - 5000 illik sirr
İsveçli mühəndislərin özünəməxsus yumoru - FOTO
Sürücülük vəsiqəni təhvil ver, 50 000 al - FOTO
Bəlkə bu ekspozisiya daimi olsun? - FOTOLAR
İctimai nəqliyyatın əsasını qoyan fizik - FOTOLAR
Çində artıq skuterlərə də lidar quraşdırılır
Emin Ağalarovun qızı avtomobil sürdü – VİDEO
Lyukları son 60 ildə niyə premium sinif maşınlara quraşdırılır? - ARAŞDIRMA










