Taksi sürücüsü türkiyəli müştərisi ilə Rövşən Lənkəranski barədə danışdı - VİDEO

Bakıda taksi sürücüsü ilə Türkiyədən gələn qadın turist arasında yaşanan dialoq sosial şəbəkələrdə maraq və təəccüb doğurub.
Avtosfer.az xəbər verir ki, sürücü qadın müştəri ilə söhbətində kriminal aləmin tanınmış simalarından biri olan mərhum Rövşən Caniyev (Lənkəranski) haqqında danışıb. O, turistə bildirib ki, Rövşən Caniyevi İstanbulda hər kəs tanıyır. Qadın turist isə belə bir şəxsi tanımadığını deyib və onun Türkiyədə kriminal aləmin tanınmış siması Sədat Pekerə bənzəyib-bənzəmədiyini soruşub. Sürücü isə "bəli, elədir" cavabını verib. Lakin qadın yenə də Rövşən Caniyevi tanımadığını bildirib.
Sürücü bununla kifayətlənməyərək, daha sonra Dağlı Cavanşirdən də bəhs edib. Lakin qadın sərnişin onun adını da eşitmədiyini bildirib və bu mövzularda maraqlı olmadığını deyib.
Bu cür yanaşmalar isə turizmin inkişaf etdiyi bir ölkədə ciddi narahatlıq doğurur. Turistlərin taksilərdə belə mövzularla qarşılaşması, sürücülərin kriminal fiqurlar haqqında danışması, nəinki etik qaydalara ziddir, həm də ölkənin imici baxımından mənfi təsir yaradır. Əvəzində isə turistlərə Azərbaycanın tarixi, mədəniyyəti, adət-ənənələri, milli mətbəxi və paytaxt Bakının gəzməli-görməli yerləri haqqında məlumat verilməli, onlarda müsbət təəssürat formalaşdırılmalıdır.
Eltac Zülfüqaroğlu
Bakının mərkəzində dövlət nömrə nişanı olmayan avtomobil peyda oldu - VİDEO
BYD-sini evdə saxlayır, altına xalça da sərib - VİDEO
Günəş fırtınası Yer kürəsini məhv edə bilərmi?
Arıqlama dərmanları təyyarələrin yanacaq sərfiyyatını azaldır - FOTO
Bəzi sürücülər niyə klassik avtomobillərdən istifadəyə maraqlıdır? - ARAŞDIRMA
Dünyada ən çox tıxac bu şəhərdədir
Ərəblərin hündür bina yarışı: 1007 metr hündürlük, 140 kilometr radius - FOTO
Sürücüləri qışda gözləyən sürpriz: boşalmış akkumulyator - FOTO
Bakıda 93 minə “Kia” satılır – FOTOLAR
ADY ilə ən çox səfər edən sərnişin - VİDEO
Müasir avtomobillər məsuliyyətsiz sürücüləri “tərbiyə edir”? - ARAŞDIRMA











