Tarixi İstanbul tramvayı muzeyə verilir – SƏBƏB

İstanbulun məşhur İstiqlal prospekinə baş çəkənlər şübhəsiz ki, qırmızı rəngli tramvay vaqonlarını görüb. İndi bələdiyyə bunları müasirləşdirmək istəyir.
Avtosfer.az xəbər verir ki, 1990-cı ildə prospektdə nəqliyyatın hərəkəti qadağan edildikdən sonra Osmanlı dövlətinin yadigarı olan, tramvaylar da turistlərin ixtiyarına verildi. Tramvaylar bu gün də əcnəbi və yerli turistlərin maraq obyektidir.
İstanbul bələdiyyəsi bu vaqonları muzeyə verməyi, kontakt xəttini isə sökməyi planlaşdırır. Layihəyə görə, vaqonlar xarici görünüşünü saxlamaqla yenisi ilə əvəzlənəcək. Lakin mexaniki hissə tam müasir olacaq. Artıq yeni tramvaylar elektromobil kimi akkumulyatorlardan qidalanacaq. Bir dolumla vaqonlar təxminən 2 gün hərəkət edə biləcək. Kontakt xəttinin sökülməsi həm də tramvaylardan bayraq asarkən hərəkəti asanlaşdırmaq məqsədi güdür.
Yeni tramvaylarda təhlükəsizlik də ciddi nəzərə alınacaq. İndi güzgüləri kameralar əvəz edəcək, xaricdəki bütün çıxıntılar yığışdırılacaq ki, sərnişinlər vaqondan sallana bilməsin. Hər il onlarla turist tramvaydan sallandığı üçün yıxılıb xəsarət alır.
Beləliklə, tam 110 il əvvəl istismara verilmiş vaqonlar yaxın vaxtlarda muzeydə öz yerini alacaq. İstanbulda həm klassik (türklər buna nostaljik tramvay deyirlər – müəl.), həm də müasir tramvaylar vəhdətdə işləyəcək.
Yeri gəlmişkən, Bosforun qoynundakı Osmanlının keçmiş paytaxında bu gün müasir tramvaylar da özünün inkişaf dövrünü yaşayır. Bu bir daha göstərir ki, qədim, dar küçələri olan meqapolislərdə də relsli küçə nəqliyyatının inkişafı mümkündür.
Vüqar
Bu ölkədə cərimələrdən yığılan vəsaitə trolleybus alınacaq - FOTO
Zirehli avtomobillər həqiqətən sui-qəsdlərin qarşısını ala bilir? - ARAŞDIRMA
Sürücü niyə avtobusda namaz qılmalıdır? – Mübahisə böyüdü
Bu ölkədə aliment ödəməyən sürücülük hüququndan məhrum edilir
Qışda elektromobillərin batareyası maşının salonunu neçə saat isti saxlaya bilər? - ARAŞDIRMA
Bu ölkədə elektromobilləri sürərkən şarj etmək mümkün olacaq – YENİLİK - FOTO
Avtomobil markalarının model adları hansı məntiqlə seçilir? - ARAŞDIRMA
Elektromobilini şarj etdirmək üçün 2 saatdan çox gözləməli oldu - VİDEO
Müsəlman ölkəsində ilk dəfə pivə ixracı üçün lisenziya verildi - FOTO
Arvadı ilə bu görüntüləri viral oldu - Hamı lağa qoydu - VİDEO
Bin haqqında inanılmaz faktlar: ailəsini təyyarə qəzasından xilas etməkdən tutmuş…











