Taxtadan pikap hazırladı – İlon Maskla görüşə dəvət olundu - FOTO

Tesla şirkətinin maraqla gözlənilən “Cybertruck” modeli üçün bu ayın sonunda təqdimat keçirilməsi planlaşdırılır. Bu təqdimat çərçivəsində ilk sahibləri ilə görüşəcək “Cybertruck” bütün dünyada maraq oyatmağı bacarıb.
Avtosfer.az xəbər verir ki, dülgər və avtomobil həvəskarı olan Truong Van Dao İlon Maskdan əvvəl elektrik pikapını işə salıb. Tamamilə eyni ölçüdə olan avtomobilin taxta variantı 100 gündən çox müddətə hazırlanıb.
Van Dao maşının taxta versiyasına LED işıqları və dönmə siqnallarını da daxil edib. Orjinal versiyadan fərqlənməyən avtomobilin tamamlanmasının 15 min dollara başa gəldiyi bildirilib. Əl istehsalı “Cybertruck”un videoları sosial mediada böyük marağa səbəb olub.
Van Dao “X” sosial şəbəkəsində taxta “Cybertruck”un fotolarını paylaşıb. İlon Mask minlərlə insanın dəstəklədiyi dülgərin səsini eşidib. Onu bu həftə Tesla şirkətini gəzməyə və şəxsən görüşməyə dəvət edib.
Qeyd edək ki, Tesla bu yaxınlarda “X”də verdiyi açıqlamada 30 Noyabrda təqdimat mərasimi keçirəcəyini təsdiqləyib. Mərasimin “Gigafactory Texas”da keçirilməsi planlaşdırılır.
Məhəbbət
Niyə hələ də bir saatı 60 dəqiqəyə bölürük? - 5000 illik sirr
İsveçli mühəndislərin özünəməxsus yumoru - FOTO
Sürücülük vəsiqəni təhvil ver, 50 000 al - FOTO
Bəlkə bu ekspozisiya daimi olsun? - FOTOLAR
İctimai nəqliyyatın əsasını qoyan fizik - FOTOLAR
Çində artıq skuterlərə də lidar quraşdırılır
Emin Ağalarovun qızı avtomobil sürdü – VİDEO
Lyukları son 60 ildə niyə premium sinif maşınlara quraşdırılır? - ARAŞDIRMA
600 manata görə təyyarəyə həbs qoyuldu
Bu rəngdə ikinci əl avtomobilləri satmaq daha çətin olur - ARAŞDIRMA
Yaşıl enerjiyə keçid iqlim dəyişikliklərinə necə təsir edəcək? – Ekoloq AÇIQLADI










