TƏHLÜKƏ: Ay məhv olacaq? - VİDEO

Ümumdünya Abidələr Fondu Yerin təbii peyki Ayı məhv olmaq təhlükəsi olan mədəni irs obyektləri siyahısına daxil edib.
Avtosfer.az Baku TV-yə istinadən xəbər verir ki, kosmik turizmin populyarlığının artması və tədqiqat missiyalarının sayının çoxalması Fondun mütəxəssislərinin narahatlığına səbəb olub.
Təşkilatın prezidenti və baş direktoru Benedikt de Montlaurun sözlərinə görə, xüsusi narahatlıq doğuran məqam Ayın səthindəki 90-dan çox mühüm obyektin təhlükəsizliyidir. Onların arasında Nil Armstronqun rəhbərlik etdiyi "Apollo 11" ekipajının endiyi məşhur baza da var. Vəziyyət Aydakı fəaliyyəti tənzimləyən beynəlxalq qanunvericiliyin olmaması ilə çətinləşir.
Aparıcı kosmik güclər, o cümlədən ABŞ, Rusiya və Çin hələ də Ayın səthindən istifadə qaydalarına dair razılığa gələ bilməyiblər. Bu, onların peykə təsirini faktiki olaraq qeyri-məhdud edir.
Ayın səthində insan sivilizasiyasına aid artefaktların sayının artması xüsusi narahatlıq doğurur. Lakin kosmik sənayenin nümayəndələri bu narahatlıqları bölüşmürlər. Kosmik hüquqşünas Mişel Hanlon deyib:
"Bu gün Ayın turizm və elmdən qorunmasına ehtiyac olduğunu söyləmək bir qədər radikal fikirdir".
Maraqlıdır ki, Ay təhlükə altında olan obyektlər siyahısına Perunun qədim Maçu Pikçu şəhəri, Keniyanın eroziyaya uğramış sahilləri, Yəmənin Taiz şəhəri, Kambocanın məbəd kompleksləri kimi yerüstü abidələrlə birlikdə qoşulub.
Ətraflı süjetdə:
Niyə hələ də bir saatı 60 dəqiqəyə bölürük? - 5000 illik sirr
İsveçli mühəndislərin özünəməxsus yumoru - FOTO
Sürücülük vəsiqəni təhvil ver, 50 000 al - FOTO
Bəlkə bu ekspozisiya daimi olsun? - FOTOLAR
İctimai nəqliyyatın əsasını qoyan fizik - FOTOLAR
Çində artıq skuterlərə də lidar quraşdırılır
Emin Ağalarovun qızı avtomobil sürdü – VİDEO
Lyukları son 60 ildə niyə premium sinif maşınlara quraşdırılır? - ARAŞDIRMA
600 manata görə təyyarəyə həbs qoyuldu
Bu rəngdə ikinci əl avtomobilləri satmaq daha çətin olur - ARAŞDIRMA
Yaşıl enerjiyə keçid iqlim dəyişikliklərinə necə təsir edəcək? – Ekoloq AÇIQLADI










