Təhlükəsizlik kəməri gənc qadını xərçəngdən ölməkdən xilas etdi - FOTO

34 yaşlı qadın avtomobilinin təhlükəsizlik kəməri səayəsində xərçəng xəstəliyini erkən öyrənib. Avtosfer.az xəbər verir ki, hadisə İngiltərənin Vorvik şəhərinin Nuneaton qəsəbəsində yaşayan Natalia Deakinin başına gəlib. Belə ki, o, günlərin birində marketdən qaıydarkən avtomobilindəki təhlükəsizlik kəmərinin boynunu narahat etdiyini görüb. Əlini boynuna aparan qadın orada sərt kütlə olduğunu hiss edib. Həkimə gedən qadına tezliklə Hodqkin limfoması diaqnozu qoyulub. Həmin günə qədər səhhətində hər hansı bir problem olmayan qadın təsadüf nəticəsində xəstəliyinin erkən öyrənə bilib. “Heç vaxt 34 yaşında xərçəngə tutulacağım ağlıma gəlməzdi. Amma indi həyatımı təhlükəsizlik kəmərimə borclu olduğumu hiss edirəm. Həmin gün o narahatlığı yaşamasaydım, yəqin ki, şişi hiss etməzdim. Bədənimdə heç bir dəyişiklik yox idi; özümü tamamilə sağlam hiss edirdim”.
Hodqkin limfoma nədir?
Həkimlə məsləhətləşdikdən sonra boynundakı şişdən biopsiya və testlər aparılıb və ona limfa sisteminə təsir edən xərçəng növü olan Hodgkin Lenfoma diaqnozu qoyulub. Bu xəstəlik adətən boyun, qoltuqaltı və ya qasıq limfa düyünlərində ağrısız şişkinlik kimi özünü göstərir. Ancaq bir çox xəstə erkən mərhələlərdə heç bir simptom hiss etmir. İndi kimyaterapiyaya hazırlaşan Natali öz təcrübəsini başqalarına nümunə olaraq bölüşür. O, hər kəsi bədənini tanımağa və ən kiçik dəyişiklik hiss etdikdə belə həkimə müraciət etməyə çağırır.


Mənbə: Ölkə.az
3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO












