Banner

Telefonumuzdan şəxsi məlumatlar necə oğurlanır? – SİLMƏDİYİNİZ MESAJLAR TƏHLÜKƏ MƏNBƏYİDİR

Maraqlı 22 Yanvar 2025 12:30 Oxunub 244
Telefonumuzdan şəxsi məlumatlar necə oğurlanır? – SİLMƏDİYİNİZ MESAJLAR TƏHLÜKƏ MƏNBƏYİDİR
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Şəxsi məlumatlarınızı smartfonunuzda saxlanılan bəzi SMS-lər ciddi təhlükə altına sala bilər. Bu mesajlarda fırıldaqçılardan göndərilən şübhəli linklər, bank hesabı məlumatları və həssas parollar ola bilər.

Avtosfer.az xəbər verir ki, kibertəhlükəsizlik mütəxəssisləri onlayn fırıldaqçılardan qorunmaq üçün bir sıra tövsiyələr təqdim edir.

Mütəxəssislərin sözlərinə görə, fırıldaqçılar hər gün yeni üsullar tətbiq edərək insanların mobil bank hesablarına daxil olmağa və kartlarından pul oğurlamağa çalışırlar. Bu səbəbdən şəxsi məlumatların təhlükəsizliyinə xüsusi diqqət yetirmək vacibdir.

Şübhəli SMS-lərlə bağlı xüsusilə diqqətli olmaq lazımdır: Kibertəhlükəsizlik üzrə mütəxəssislər ilk addım olaraq şübhəli bağlantılar olan mesajları silməyi tövsiyə edirlər. Bu cür SMS-lərdəki linklərə klikləmək cihazınıza zərər verə bilər.

What Is SMS Marketing & Why Should You Use It?

Smartfonunuzda aşağıdakı növ məlumatları saxlamaqdan çəkinin:
İstifadəçi adları və parollar - bu parolları yadda saxlayın və ya təhlükəsiz notpəddə qeyd edin.

Sənədlərin skrinşotları və fotoşəkilləri - zərərli şəxslər telefonunuza daxil olarsa, bu məlumatlardan sui-istifadə edə bilərlər.

Bankdan gələn birdəfəlik şifrələr - bu məlumatları istifadə etdikdən sonra silmək təhlükəsizliyiniz üçün vacibdir.

Təhlükəsiz mühitlərdən istifadə edilməsi ən çox tövsiyyə edilən addımlardandır.

Ekspertlər hesab edir ki, ən doğru yanaşma həssas məlumatları smartfonlarda saxlamamaqdır. Bir çox insan bank kartı şifrələri və digər vacib məlumatları telefonda qeyd edir, lakin bu, ciddi risklər yaradır.

Mütəxəssislər bu məlumatların təhlükəsiz mühitlərdə saxlanılmasını və telefon vasitəsilə paylaşılmamasını tövsiyə edir.

Eltac Zülfüqaroğlu

ŞƏRH YAZ
Ad

E-mail

Şərh