Təyyarə hərəkətdə olarkən qapını açıb göyərtəni tərk etdilər - VİDEO

La Quardia hava limanında “Delta” Hava Yollarına məxsus təyyarə havaya qalxmağa hazırlaşarkən iki sərnişin qapını təkbaşına açıb.
Bu barədə CNN telekanalı xəbər yayıb.
Məlumata görə, Florida sakinləri Antonio Merdok və Brianna Qreco layner uçuş zolağına doğru irəliləyərkən gözlənilmədən yerlərindən qalxıb, kabinaya giriblər və təcili evakuasiya üçün istifadə olunan hava trapını işə salıblar. Onlar hərəkət edən təyyarədə qapını açıb göyərtəni tərk etməyə müvəffəq olublar. Qısa müddət sonra onlar saxlanılıblar.
Merdok və Qreco kabinəyə qanunsuz hərəkətdə ittiham olunur. Merdok həmçinin ziyan vurmaqda və digər insanları təhlükə altına salacaq vəziyyət yaratmaqda günahlandırılır.
Cinayətkarların motivləri barədə məlumat verilmir.
“The New York Times”ın məlumatına görə, Merdok posttravmatik stresdən əziyyət çəkdiyini bildirib.
Bundan əvvəl anoloji hadisə bir neçə həftə öncə Las-Veqasda yaşanmışdı. Orada da bir kişi aeroportun ərazisinə daxil olaraq, “Alaska Airlines” hava şirkətinə məxsus təyyarənin qanadına çıxmışdı.
Yasamalda vətəndaşlara kofe, şirniyyat və pul paylayan şəxs GÜNDƏM OLDU - VİDEO
Metro stansiyaların adlarının əvvəllər nə olduğunu bilirdiz? - FOTO
Bu avtomobillərin sensorları oğurluq üçün əlverişlidir – ARAŞDIRMA - FOTO
Evdəki şkafın altında gizli keçid tapıldı; metro relslərinə çıxışı var - VİDEO
Çin maşının loqosunu silib başqa ad yazdılar; İFŞA OLUNDU - VİDEO
Bu taksi sürücüsünə dərdini danışmaq ödənişlidir; məsləhət almaq üçün 26 AZN ödəməlisən - FOTO
Dünyanın ən böyük elektrikli gəmisi sınaqdan keçirilir
Oğrular evdə ilk yoxladıqları 13 yeri AÇIQLADILAR
Ayaqqabıdan gələn qoxudan 1 məhsulla qurtulun
Bakıda "Suzuki"ni "Galenvagen"ə yığıb satışa çıxardılar - VİDEO
Azərbaycanda “Tesla” avtomobili yoldakı heyvanları insan kimi qeydə aldı - VİDEO











