Təyyarədə QEYRİ-ADİ OLAY: sərnişini dişlədi, uçuş təxirə salındı

Texas ştatının Hyuston şəhərindən Kolambusa, Ohayo ştatına, uçan "Southwest" aviaşirkətinin təyyarəsində qaradərili qadın sərnişini dişləyərək reysi pozub.
Avtosfer.az bildirir ki, bu barədə "The Blaze" yazıb.
Qeyd olunub ki, 34 yaşlı Elom Agbegninu uçuş zamanı "narahat davranışlar" göstərməyə başlayıb. Əvvəlcə o, təyyarənin arxasına keçib və qapıya "baxıb". Uçuş bələdçiləri qızdan yerinə əyləşməsini istəyiblər, lakin o, imtina edib və əvəzində təcili çıxışı açmağa çalışıb.
Bu zaman başqa bir sərnişin Aqbeqninuya mane olmaq üçün ona hücum edib, lakin səyahətçi onun sağ budundan dişləyib. Məhkəmə sənədlərində qeyd olunub ki, sərnişin "qızın çənəsini boşaldıb açması üçün barmaqlarını onun çənəsinə basmalı olub".
Nəşrin məlumatına görə, bundan sonra sərnişin təyyarənin salonunda başını döşəməyə döyməyə başlayıb. O, stüardessalara və yoldaşlarına izah edib ki, başındakı səs ona Ohayoya uçmağı və təyyarənin qapısını açmağı əmr edib. Nəticədə uçuş Litl-Roka (Arkanzas) yönləndirilməli olub. Orada Aqbeqninunu polis əməkdaşları saxlayıb.
Yaralı da təyyarədən çıxarılaraq yaxınlıqdakı xəstəxanaya aparılıb. Orada ona hepatitə qarşı peyvənd vurulub və mümkün infeksiyanın qarşısını almaq üçün antibiotiklər verilib. (milli.az)
Bu avtomobillərin sensorları oğurluq üçün əlverişlidir – ARAŞDIRMA - FOTO
Evdəki şkafın altında gizli keçid tapıldı; metro relslərinə çıxışı var - VİDEO
Çin maşının loqosunu silib başqa ad yazdılar; İFŞA OLUNDU - VİDEO
Bu taksi sürücüsünə dərdini danışmaq ödənişlidir; məsləhət almaq üçün 26 AZN ödəməlisən - FOTO
Dünyanın ən böyük elektrikli gəmisi sınaqdan keçirilir
Oğrular evdə ilk yoxladıqları 13 yeri AÇIQLADILAR
Ayaqqabıdan gələn qoxudan 1 məhsulla qurtulun
Bakıda "Suzuki"ni "Galenvagen"ə yığıb satışa çıxardılar - VİDEO
Azərbaycanda “Tesla” avtomobili yoldakı heyvanları insan kimi qeydə aldı - VİDEO
Qəza törədib mübahisə edən sərxoş şəxslər avtomobili güllələyib qaçdı - VİDEO
Dünyanın 7 ən təhlükəli yolu: Sürücülər qorxurlar








