Təyyarədən ən çox oğurlanan əşyalar - VİDEO

Amerika və Avropa aviaşirkətlərinin məlumatına görə, sərnişinlər ən çox özləri ilə fincan, bıçaq, gigiyena çantaları, adyal, yastıq götürürlər. Bəziləri hətta özləri ilə xilasedici jileti aparmağa cəhd edir.
“Virgin Atlantic” aviaşirkəti oğurluqaların qarşısını qismən ala bilmək üçün maraqlı üsula əl atıb. Şirkətin dizaynerləri yemək setinə daxil olan, kiçik təyyarə formasında hazırlanan duz-istiot qablarının üzərinə “Virgin Atlantic”dən oğurlanıb sözlərini yazıb.
Bəzi sərnişinlər loqolu gigiyenik çantaları toplamağı özlərinə hobbi bilir. Məsələn, Almaniyadan olan kolleksioner 50 ölkədən 250-dən çox belə çanta toplayıb.
Psixoloqlar hesab edir ki, sərnişinlər hava yolları şirkətlərinə olan pis və narazı münasibətə görə təyyarələrdən əşyalar oğurlayırlar. Bu tip insanlar istirahətə yollanan zaman “hər şey daxil” tur paketlərini seçəndə hesab edirlər ki, təyyarədən və qaldıqları oteldən istədikləri əşyanı özləriylə apara bilərlər.
Kanadanın paytaxtı Ottava şəhərində bənzər hadisə baş verib. Belə ki, Uinston Çörçilin ən məşhur fotoşəkillərindən biri oteldən oğurlanıb. Oğru ziyarətçilər orijinal şəklin əvəzinə surətini də asmağı unutmayıblar. Otel əməkdaşları divardakı şəklin həmişəki kimi asılmadığını, çərçivənin isə oteldəki qalan fotoçərçivələrlə uyğun olmadığını müşahidə ediblər. Oğurluq aşkarlanandan sonra şəhər polisi hərəkətə keçərək cinayətkarı axtarmağa başlayıb.
Nərminə Əli
Çin hökuməti “təkərli smartfon”lara qadağa qoyur
Niyə hələ də bir saatı 60 dəqiqəyə bölürük? - 5000 illik sirr
İsveçli mühəndislərin özünəməxsus yumoru - FOTO
Sürücülük vəsiqəni təhvil ver, 50 000 al - FOTO
Bəlkə bu ekspozisiya daimi olsun? - FOTOLAR
İctimai nəqliyyatın əsasını qoyan fizik - FOTOLAR
Çində artıq skuterlərə də lidar quraşdırılır
Emin Ağalarovun qızı avtomobil sürdü – VİDEO
Lyukları son 60 ildə niyə premium sinif maşınlara quraşdırılır? - ARAŞDIRMA
600 manata görə təyyarəyə həbs qoyuldu
Bu rəngdə ikinci əl avtomobilləri satmaq daha çətin olur - ARAŞDIRMA










