Təyyarəyə siçan girdi, 36 saat axtardılar - VİDEO

Niderland Karibinə gedən “KLM Hava Yolları”na məxsus “Airbus A330” təyyarəsində siçan aşkar edilib.
Avtosfer.az xarici KİV-ə istinadən xəbər verir ki, sərnişinlərin təhlükəsizliyi üçün Arubada uçuş dayandırılıb.
Belə ki, təyyarə salonundakı pərdəyə dırmaşan bir siçan müşahidə edilib. Görüntülər həm sərnişinlər, həm də heyət üzvləri arasında narahatlıq yaratsa da, okeanın üzərində olduqları üçün pilot Arubaya uçuşu davam etdirmək qərarına gəlib.
Arubaya eniş etdikdən sonra aviaşirkət Bonaire və Amsterdama sonrakı uçuşları ləğv edib. “Airbus A330” təyyarəsi geniş təmizləmə və gəmiricilərin tutulması üçün istismardan çıxarılıb. Nəticədə, təxminən 250 sərnişin Karibdə qalıb.
Siçan ilk dəfə görüldükdən sonra onu tutmaq üçün 36 saatdan çox vaxt lazım olub. Siçovulun təyyarəyə necə mindiyi hələ də məlum deyil.
KLM rəsmiləri bildiriblər ki, zərər çəkmiş sərnişinlər tez bir zamanda marşrutlarını dəyişdirib və Arubada yaşayış yeri ilə təmin ediliblər. Qeyd edilib ki, Avropa Birliyinin aviasiya qaydalarına əsasən, zərər çəkmiş sərnişinlər kompensasiya tələb edə bilərlər.
Qeyd edək ki, oxşar hadisə 2024-cü ildə ABŞ-də baş vermişdi. Həmin vaxt Dallasdan Los-Ancelesə uçan “Spirit Airlines” təyyarəsindəki sərnişinlər baqaj bölməsində siçana bənzər bir heyvanın qaçdığını gördükdən sonra təşvişə düşmüşdülər.
Bakının mərkəzində dövlət nömrə nişanı olmayan avtomobil peyda oldu - VİDEO
BYD-sini evdə saxlayır, altına xalça da sərib - VİDEO
Günəş fırtınası Yer kürəsini məhv edə bilərmi?
Arıqlama dərmanları təyyarələrin yanacaq sərfiyyatını azaldır - FOTO
Bəzi sürücülər niyə klassik avtomobillərdən istifadəyə maraqlıdır? - ARAŞDIRMA
Dünyada ən çox tıxac bu şəhərdədir
Ərəblərin hündür bina yarışı: 1007 metr hündürlük, 140 kilometr radius - FOTO
Sürücüləri qışda gözləyən sürpriz: boşalmış akkumulyator - FOTO
Bakıda 93 minə “Kia” satılır – FOTOLAR
ADY ilə ən çox səfər edən sərnişin - VİDEO
Müasir avtomobillər məsuliyyətsiz sürücüləri “tərbiyə edir”? - ARAŞDIRMA











