"TikTok"da dilənçilik edən kuryer belə İFŞA OLUNDU - VİDEO

Son zamanlar sosial şəbəkələrdə canlı yayımlar vasitəsilə pul dilənmək halları artıb. Bəzi şəxslər "yardıma ehtiyacım var" adı altında izləyicilərin duyğularından sui-istifadə edərək özlərinə maddi qazanc əldə etməyə çalışırlar. Bu cür halların artması isə cəmiyyətdə əsl ehtiyac sahiblərinə olan inamı azaldır və həqiqətən yardıma ehtiyacı olan insanların kölgədə qalmasına səbəb olur.
Avtosfer.az xəbər verir ki, belə hallardan biri “TikTok” platformasında qeydə alınıb. Özünü kuryer kimi təqdim edən “heyat_davam_edir1986” adlı istifadəçi canlı yayımlar açaraq izləyicilərdən velosiped və skuter almaq üçün maddi yardım istəyib. O, videolarında sifariş çatdırmaq üçün vasitəsinin olmadığını bildirərək bank kartının nömrəsini paylaşıb və insanlardan dəstək istəyib.
Maraqlıdır ki, onun çağırışlarına səs verən bir qrup xeyriyyəçi vətəndaş qısa müddətdə birləşərək həmin şəxsə həm velosiped, həm də skuter alıb. Lakin bu dəstəyə baxmayaraq, həmin şəxs yenidən canlı yayımlar açaraq maddi kömək istəməyə davam edib.
Qeyd edək ki, sosial şəbəkələr vasitəsilə yardım məqsədi ilə yayımlanan bu tip videolara qarşı diqqətli olmaq və belə çağırışlara qarşı öncədən məlumatlanmaq vacibdir. Yardım edilən şəxsin həqiqətən ehtiyac sahibi olub-olmadığını müəyyən etmədən yardım etmək bir çox hallarda fırıldaqçıların işinə yaraya bilər.
Eltac Zülfüqaroğlu
Oğrular evdə ilk yoxladıqları 13 yeri AÇIQLADILAR
Ayaqqabıdan gələn qoxudan 1 məhsulla qurtulun
Bakıda "Suzuki"ni "Galenvagen"ə yığıb satışa çıxardılar - VİDEO
Azərbaycanda “Tesla” avtomobili yoldakı heyvanları insan kimi qeydə aldı - VİDEO
Qəza törədib mübahisə edən sərxoş şəxslər avtomobili güllələyib qaçdı - VİDEO
Dünyanın 7 ən təhlükəli yolu: Sürücülər qorxurlar
Aşağı sürətin yaratdığı təhlükə - PARADOKS
Bu ölkədə bir maşına iki nömrə taxıb sürmək mümkündür - FAKT
Maşınlarda sükanın yanındakı “OFF” düyməsi hansı məqamlarda istifadə edilməlidir? - TÖVSİYƏ
Yeni tunel və genişləndirilən yollar Bakıdakı tıxacın qarşısını ala bilər? - ARAŞDIRMA
Dünyanın əsas elektromobil batareyası istehsalçıları









