Çin dünyanı "TikTok"-la ələ alıb; özü isə gündə cəmi 40 dəqiqə istifadə edir - FOTO

İlk baxışdan başlıq qəribə gələ bilər. Axı “TikTok” hər bir halda Çin məhsuludur! Bəli, tamamilə doğrudur, amma bir fərq var.
Avtosfer.az Avropa KİV-ə istinadla xəbər verir ki, Çində “TikTok”un “kasıblaşdırılmış versiyası” təqdim edilir. Bu versiyanın iş prinsipi başqa ölkələrdəkindən fərqlidir və yalnız Çin daxilində işləyir. Sistem çox sadədir: Əgər istifadəçinin yaşı 14-dən azdırsa, ona evdə apara biləcəyi sadə elmi təcrübələrin nümunəsi göndərilir. Bundan başqa, istifadəçiyə tərbiyəvi, vətənpərvərlik mövzusunda mesajlar, filosoflardan aforizmlər yollanılır. Yaxud, çox sadə suallar göndərilərək doğru cavab verən şəxsə muzey, teatr, kino və ya opera üçün pulsuz bilet verilir. Suallar sırf simvolik xarakter daşıyır, doğru cavabı tapmaq üçün dağa-daşa düşməyə ehtiyac yoxdur. Məsələn, “Çin Aviasiya Muzeyi hansı şəhərdə yerləşir?” sualına cavab tapa bilmək üçün heç Çin dilini bilməyə ehtiyac yoxdur. Ən əsası, Çində gənclər üçün “TikTok”dan istifadə gündə 40 dəqiqə ilə məhdudlaşdırılır. Çin versiyası xarici ölkələrə satılmır.
Avropalı ekspertlərin fikrincə, Pekinin bu yanaşması 2 məqsəd güdür: gəncləri sosial şəbəkə asılılığından qurtarmaq, onlarda mədəniyyətə və elmə maraq yaratmaq.
Bəzi avropalı ekspertlər daha irəli gedərək Çinin bu yolla böyük dövlətlərdən qisas aldığını iddia edir. Çində 1839-1949-cu illər “milli utanc əsri” kimi xarakterizə olunur. Həmin dövrdə Avropa ölkələri çinliləri tiryəklə zəhərləyir, ucuz işçi qüvvəsi kimi istifadə edir, alçaldır, bir neçə min illik mədəni sərvəti talayırdılar.
2015-ci ildə “Google” şirkətinin aprıcı şəxslərindən olan Tristan Harrisin istefası açıq səmada ildırım effekti yaratmışdı. O, texnologiyaların gənclər üzrə neqativ təsiri barədə danışaraq yüksək maaşlı işi ilə vidalaşmışdı.
Sizcə, Azərbaycanda sosial şəbəkə vasitəsi ilə məktəbliləri ən azından muzeylərə cəlb etmək mümkündürmü? Bizim muzeylərdə maraqlı heç nə yoxdur deyənlər əminliklə deyə bilərəm ki, yanılır.
"BYD"dən maraqlı qərar: Bu cür qəza xərclərini şirkət qarşılayacaq
Bakı səmasında nadir görüntü - FOTO
İnsan ölərkən nə hiss edir? - Elmin hələ cavablandıra bilmədiyi sirr
Günlərin uzanmasının daha bir səbəbi - Yer fırlanma sürətini dəyişir
Avtomobil təkərləri niyə qara rəngdə istehsal olunur? – ARAŞDIRMA - VİDEO
Avtomobilinizi belə daha tez soyuda bilərsiniz – TÖVSİYƏ - FOTO
Müasir avtomobillərdə gizlilik şübhəsi; sürücülər izlənilir?
Bu ölkədə sürücülük təlimçiləri pedaqoji təhsilə cəlb olunacaq
Bakı küçəsində zombilər üçün svetoforlar - FOTOLAR
Bu ölkənin vətəndaşları üçün “ChatGPT Plus” pulsuz oldu
Rusiyaya getmək üçün daha bir prosedur tələb edilir – KİMƏ AİDDİR?










