Tolikdən sərt sözlər: "Vergi versəydiniz, “Rolls-Royce” sürə bilməzdiniz" - VİDEO

Aparıcı və prodüser Tarix Əliyevlə (Tolik) müğənni Cavanşir Məmmədov arasında qalmaqal yaşanıb.
Avtosfer.az xəbər verir ki, aparıcının "Tarixin bir günü" proqramına qonaq olan sənətçi canlı yayıma bağlanan tamaşaçılardan birinə “Biz iki ildir, toylara gedə bilmirik, bəlkə, siz bizə kömək edəsiniz” sözlərini deyib.
Bundan sonra Tolik əsəbiləşib. O, Cavanşir Məmmədovun absurd sözlər söylədiyini və onun kifayət qədər maddi imkanı olduğunu bildirib. Aparıcı müğənnilərin vergi ödəməməsi məsələsinə də toxunub. O, Cavanşirə "Vergi ödəsəydiniz, indi “Rolls-Royce” sürə bilməzdiniz" deyib.
Daha sonra sənətçi Tolikin bu sözlərinə sərt reaksiya verib:
““Rolls-Royce” almaq üçün mən bağ evimi satmışam. Neyləməliyik? Acından ölməliyik? Mən “Rolls-Royce” sürməliyəm. Hətta üçünü birdən sürə bilərəm. Çünki mən 50 ildir bu xalqa xidmət edirəm”.
"Ölkə.Az"
İki milyarda metro: 15 stansiya, 32 qatar....
Vətəndaşlıq almaq neçəyə başa gəlir?
Çin hökuməti “təkərli smartfon”lara qadağa qoyur
Niyə hələ də bir saatı 60 dəqiqəyə bölürük? - 5000 illik sirr
İsveçli mühəndislərin özünəməxsus yumoru - FOTO
Sürücülük vəsiqəni təhvil ver, 50 000 al - FOTO
Bəlkə bu ekspozisiya daimi olsun? - FOTOLAR
İctimai nəqliyyatın əsasını qoyan fizik - FOTOLAR
Çində artıq skuterlərə də lidar quraşdırılır
Emin Ağalarovun qızı avtomobil sürdü – VİDEO
Lyukları son 60 ildə niyə premium sinif maşınlara quraşdırılır? - ARAŞDIRMA










