Tüpürcək və yanaq hüceyrələri testi ilə nə vaxt öləcəyinizi biləcəksiniz - YENİ KƏŞF

Alimlərin son kəşfi gündəm olub.
Avtosfer.az Sfera.az-a istinadən bildirir ki, yeni araşdırmaya görə, sadə bir tüpürcək testi ilə ölüm tarixi proqnozlaşdırıla bilər. Sözügedən məsələ DNT-dəki dəyişiklikləri təhlil etməklə mümkündür.
Belə ki, elm adamları 1921-1936-cı illər arasında doğulmuş 1513 kişi və qadın üzərində araşdırma aparıblar. Təhlil nəticəsində məlum olub ki, DNT-də baş verən dəyişikliklər ölümlə əhəmiyyətli dərəcədə bağlıdır. Bu üsul ölən insanlar üzərində sınaqdan keçirilib. Tədqiqatçılar gələcəkdə canlı insanlar üzərində də sınaqlar keçirməyi hədəflədiklərini bildiriblər. Məlumata görə, ağızdan götürülən nümunə ilə insanın nə vaxt öləcəyini təxmin etmək olar.
Nyu-Yorkda yerləşən “Tally Health” biotexnologiya şirkətinin komandası isə yanaq hüceyrələri vasitəsilə bioloji yaşı hesablaya bilən "CheekAge" adlı epigenetik saat hazırlayıb. “Bath” Universitetinin professoru Adel Murrell bildirib ki, “CheekAge”in insanın öləcəyi günü və hətta ili proqnozlaşdıra biləcəyinə dair heç bir sübut yoxdur. London Kral Kollecinin professoru Dusko İliç isə "Bu cür konkret proqnozlar yerinə ehtimala əsaslanan risk qiymətləndirmələri aparıla bilər”, deyə qeyd edib. Onun sözlərinə görə, dəqiq bir proqnozun verilməsi mümkün deyil.
Mütəxəssislər qeyd edirlər ki, “CheekAge” saatı ölüm tarixini proqnozlaşdırmamalıdır, sağlam qocalmanı uzatmağa yönəlmiş tədqiqatlar çərçivəsində istifadə edilməlidir.
Oğrular evdə ilk yoxladıqları 13 yeri AÇIQLADILAR
Ayaqqabıdan gələn qoxudan 1 məhsulla qurtulun
Bakıda "Suzuki"ni "Galenvagen"ə yığıb satışa çıxardılar - VİDEO
Azərbaycanda “Tesla” avtomobili yoldakı heyvanları insan kimi qeydə aldı - VİDEO
Qəza törədib mübahisə edən sərxoş şəxslər avtomobili güllələyib qaçdı - VİDEO
Dünyanın 7 ən təhlükəli yolu: Sürücülər qorxurlar
Aşağı sürətin yaratdığı təhlükə - PARADOKS
Bu ölkədə bir maşına iki nömrə taxıb sürmək mümkündür - FAKT
Maşınlarda sükanın yanındakı “OFF” düyməsi hansı məqamlarda istifadə edilməlidir? - TÖVSİYƏ
Yeni tunel və genişləndirilən yollar Bakıdakı tıxacın qarşısını ala bilər? - ARAŞDIRMA
Dünyanın əsas elektromobil batareyası istehsalçıları










