Turistlərin sevimli məkanı: Arxasından müəmmalı səslər gələn “Cəhənnəm qapısı”... - FOTO

Türkmənistanın paytaxtı Aşqabad şəhərinin 290 km uzaqlığında yerləşən "Cəhənnəm qapısı" adlandırılan dərin bir çuxur var. Turistlərin maraqla ziyarət etdiyi bu çuxur iddialara görə, 1971-ci ildə sovet dönəminin elm adamları tərəfindən aparılan araşdırmalar zamanı açılıb. Avtosfer.az musavat.com-a istinadən sözügedən ərazidə təbii qaz axtaran işçilər qazma işləri zamanı səhvə yol veriblər. Nəticədə partlayış baş verib, bu çuxur əmələ gəlib. Edilən səhvin böyük partlamaya səbəb olması bir neçə insanın həyatına da son vermişdi.

Hadisədən sonra ətrafa zəhərli qazlar da yayılmağa başlayıb. Elm adamları bu qazların səbəb olacağı təhlükəni azaltmaq üçün çuxuru yandırmaq qərarına gəliblər. Yanğının bir neçə gün içində sönəcəyini ehtimal edən elm adamlarının bu planı baş tutmayıb. Çuxur 1971-ci ildən bu yana durmadan hələ də yanır. "Cəhənnəm qapısı" adı verilən bu çuxur 69 metr enində, 30 metr dərinliyindədir. Qara Qum çölündə yerləşən "Cəhənnəm qapısı"ndan çıxan alovlar gecə qaranlıqda belə, kilometrlərcə uzaqlıqdan görünür.

Qara Qum çölünün yaxınlığında yerləşən, 350 nəfər əhalisi olan Darvaza kəndinin sakinləri bu çuxur haqqında inanılmaz hekayələr danışır. "Cəhənnəm Qapısı" adlı bu çuxurun dibindən gələn səslər də ora yaxınlaşmazdan əvvəl uzaqdan eşidilir. Dünyanın dörd bir tərəfindən buranı ziyarət etməyə gələn turistlər var. Hətta çuxurun tam yaxınlığına gedib oradan gələn səsləri dinləyib, alovları izləməyə cəsarət edən insanlar da var.

Türkmənistan hökumətinin səlahiyyətli şəxsləri bir zamanlar bu çuxuru bağlamaq qərarına gəlsələr də aparılan araşdırmalardan sonra bu fikirdən daşınıblar. Çünki çuxurun içində yığılan metan qazının üstü bağlanarsa, sıxışıb daha da böyük partlayış meydana gətirə bilər. Mütəxəssislər çevrədəki yaşamı nəzərə alaraq, bu riski gözə ala bilmirlər. Ayrıca olaraq bu çuxur Türkmənistan turizminə də fayda verir.
Sürət qutusunda problem olduğunu göstərən 5 vacib əlamət – ARAŞDIRMA
Bakıda maşın qiymətinə bağ icarəsi: Villaların kirayəsində REKORD ARTIM - FOTO
Qış təkərləri yayda niyə təhlükəlidir? – ARAŞDIRMA
Məşhur kilsəyə giriş pullu oldu
Avtomobil alarkən buna diqqət etmək zəruridir – TÖVSİYƏ
Polisə salam verməyə dayandı; sərxoş olduğu ortaya çıxdı - FOTO
Mexaniki avtomobil sürənlərin yaddaşı daha güclü olur? – ARAŞDIRMA
Rusiyada deputat əhalini benzin qıtlığına öyrəşməyə çalışdı
“Bolt”un sürücüsündən maraqlı addım; maşında qida bölməsi yaradıb – VİDEO
Taxtadan hazırlanan avtomobili yol polisi saxladı - VİDEO
Polis istidən əziyyət çəkənləri belə sərinlədir - FOTO










