Türkiyədə Makedoniyalı İskəndərin hərbi qarnizonunun qalıqları aşkarlandı - FOTO

Türkiyənin Antalya əyalətinin Kaş rayonu ərazisində bir zamanlar mövcud olmuş qədim Patara şəhərində aparılan arxeoloji qazıntıların gedişatında tədqiqatçılar 2400 il yaşı olan mətbəxi və bir neçə artefaktı aşkarlayıblar.
“Report” xəbər verir ki, bu barədə “Daily Sabah” bildirib.
Dosent və arxeoloqlar qrupu sədrinin müavini Ərkan Dündarın sözlərinə görə, xarabalıqlar və aşkarlanmış əşyalar həmin dövrün insanlarının gündəlik həyatı haqqında daha yaxşı məlumat toplamağa kömək edib. Burada qədim yaşayış məskəni ilə birlikdə vaxtı ilə Makedoniyalı İskəndərin hərbi qarnizonunun xarabalıqları da aşkarlanıb.
Böyük sərkərdə və Makedoniya rəhbəri bu regionda olub.
"O, ərazini tutduqdan sonra bir çox başqa yerlərdə olduğu kimi, burada da qarnizon yaradıb. Qarnizonda xidmət edən əsgərlər öz ailələrini bura gətiriblər.
Nəticədə ərazidə hərbi şəhərcik kimi yaşayış məntəqəsi olub", - Dündar deyib.
O, vurğulayıb ki, qazıntıların gedişatında alimlər yalnız silah yox, həm də məişətdə istifadə edilən predmetləri aşkarlayıblar. Beləcə, arxeoloqlar ən əhəmiyyətli tapıntını mətbəx adlandırıblar.
Burada mətbəxdən başqa həm də güzgünün, bəzək və digər əşyaların olduğu qadın otağı da aşkarlanıb.
"Biz görürük ki, qadınlar gözəl olmaq üçün tarix boyu həmişə özlərinə qulluq ediblər”, - Ərkan Dündar əlavə edib.



Bu avtomobillərin sensorları oğurluq üçün əlverişlidir – ARAŞDIRMA - FOTO
Evdəki şkafın altında gizli keçid tapıldı; metro relslərinə çıxışı var - VİDEO
Çin maşının loqosunu silib başqa ad yazdılar; İFŞA OLUNDU - VİDEO
Bu taksi sürücüsünə dərdini danışmaq ödənişlidir; məsləhət almaq üçün 26 AZN ödəməlisən - FOTO
Dünyanın ən böyük elektrikli gəmisi sınaqdan keçirilir
Oğrular evdə ilk yoxladıqları 13 yeri AÇIQLADILAR
Ayaqqabıdan gələn qoxudan 1 məhsulla qurtulun
Bakıda "Suzuki"ni "Galenvagen"ə yığıb satışa çıxardılar - VİDEO
Azərbaycanda “Tesla” avtomobili yoldakı heyvanları insan kimi qeydə aldı - VİDEO
Qəza törədib mübahisə edən sərxoş şəxslər avtomobili güllələyib qaçdı - VİDEO
Dünyanın 7 ən təhlükəli yolu: Sürücülər qorxurlar









