Türkiyədən möhtəşəm mənzərə: Buğda deyil, “xalı tarlası” - VİDEO - FOTO

Sosial şəbəkələrdə Türkiyənin “xalı tarlası”ndan görüntülər yayılıb. İstifadəçilər videonu böyük maraqla qarşılayıblar.
Kadrlar Antalyanın Döşemealtı bölgəsindəndir. Məlumata görə, qışda buğda əkilən bu tarlalar yayda məhsul yığımından sonra xalçaçıların üzünə açılır.
Torpaq sahibləri və ya müəssisələr əvvəlcə xalça və kilimləri, o cümlədən yüz illik tarixə malik olanları təmir edir, sonra onları mikroblardan təmizləmək üçün steril hovuzlara qoyurlar.
Daha sonra günəş altına sərilir, müəyyən aralıqlarla çevrilirlər.
Döşəndiyi ərazini milyon dollarlıq “xalı tarlası”na çevirən əllə toxunmuş xalçalar və kilimlər günəş altında mikroblardan təmizləndikdən və rəng çalarları oturduqdan sonra müştərilərinin ixtiyarına verilir.
Aralarında 400 min lirə dəyərində xalılar da olan bu əsərlər axşam saatlarında növbə ilə torpaq sahibləri tərəfindən oğrulardan və yağışdan qorunur. (oxu.az)
Dünyanın ən böyük elektrikli gəmisi sınaqdan keçirilir
Oğrular evdə ilk yoxladıqları 13 yeri AÇIQLADILAR
Ayaqqabıdan gələn qoxudan 1 məhsulla qurtulun
Bakıda "Suzuki"ni "Galenvagen"ə yığıb satışa çıxardılar - VİDEO
Azərbaycanda “Tesla” avtomobili yoldakı heyvanları insan kimi qeydə aldı - VİDEO
Qəza törədib mübahisə edən sərxoş şəxslər avtomobili güllələyib qaçdı - VİDEO
Dünyanın 7 ən təhlükəli yolu: Sürücülər qorxurlar
Aşağı sürətin yaratdığı təhlükə - PARADOKS
Bu ölkədə bir maşına iki nömrə taxıb sürmək mümkündür - FAKT
Maşınlarda sükanın yanındakı “OFF” düyməsi hansı məqamlarda istifadə edilməlidir? - TÖVSİYƏ
Yeni tunel və genişləndirilən yollar Bakıdakı tıxacın qarşısını ala bilər? - ARAŞDIRMA








