Ulduzların ən yaxşı fotosu. Belə çəkmək üçün nə lazımdır? - FOTO
Böyük Britaniyada hər il keçirilən astrofotoqrafiya müsabiqəsinin qalibləri elan olunub. Avtosfer.az milli.az-a istinadən xəbər verir ki, müsabiqəni Greenwich Krallıq Muzeyi BBC-nin Sky at Night jurnalı və İnsight şirkəti ilə birgə həyata keçirir. Sizə qalibləri və onların hansı avadanlıqdan istifadə etdiyini təqdim edirik. Münsiflər heyəti peşəkarlar və həvəskarlar tərəfindən çəkilən 11 ulduzlu səmanın fotosunu seçib. Biz sizə fotoları, münsiflərin rəylərini təqdim edərək onların hansı avadanlıqla çəkildiyindən danışacağıq.
Avadanlıq: kamera - Nikon D810, Obyektiv- AF S NIKKOR 105mm, ştativ, ISO 64, müddət - 0,3, 0,6 və 1,3 saniyə.
Nicolas Lefodo - optik mühəndis, fizik və riyaziyyatçıdır. Onun sözlərinə görə, onun ilk kamerası sovet istehsalı olan "Zenit" olub. O, öz işlərində elə özünün yaratdığı alqoritmə uyğun çəkilişlər edən avtomatlaşdırılmış kamera dəstlərindən istifadə edir. Münsiflər tərəfindən bu kateqoriyada ən yaxşı foto seçilən şəkli fotoqraf "Günəş kralı, kiçik kral və müharibə ilahəsi" adlandırıb.
Avadanlıq: teleskop PlaneWave CDK 12,5, filtr Astrodon Gen II LRGB, obyektiv Baarder Hα 2541 мм, ştativ Astro Physics 900, kamera SBIG STXL-11000.
Stephen Moore həmçinin çəkilişlər üçün iki teleskopdan ağır avtomatlaşdırılmış sistemdən istifadə edir. Bunlardan biri hədəfə almağa, digəri isə faktiki çəkilişə xidmət edir. Moore-un istifadə etdiyi sistemlər bir neçə min dollar təşkil edir. Moore bu il "Qalaktika çəkilişləri" nominasiyasında "Sirli qalaktika" adlı foto ilə qalib gəlib.
Avadanlıq: kamera Nikon D810, obyektiv 14 mm f/4.0, ISO 2500, müddət - 20 saniyə.
"İnsanlar və kosmos" kateqoriyasında qalib gələn və qran-pri alan müəllif Brad Goldpleyt fotonu "Ruhun köçürülməsi" adlandırıb.
Goldpleyt - canlı təbiəti və gecə səmasını çəkən peşəkar fotoqrafdır. O, həmçinin saytında izlənməsi mümkün olan sürətli müddətdə fotoetüdlər edir.
Avadanlıq: teleskop Celestron C-14, ştativ Sky-Watcher NEQ6 Pro, kamera ZWO ASI 224MC, 4200 mm f/12, müddət - 2 saniyədir.
Sakitlik Dənizi və Aydınlıq Dənizi ayı arasında sərhədin tünd rənglərlə çəkilişi bu ilin "ən yaxşı Ay fotosu" seçilib. Bu fotonu Barselonadan olan ispaniyalı xanım Jordi Delpier Borell çəkib. Borell müsabiqədə ilk dəfə deyil ki qalib gəlir: o, iki il əvvəl də "ən yaxşı Ay fotosu"na görə mükafat alıb.
Avadanlıq: kamera Sony ILCE-7S2, obyektiv 20 mm f/1.4, müddət - 3.2 saniyə.
"Şimal parıltısnın ən yaxşı fotosu" kateqoriyasında bizə tanış olan Nicolas Lefodo qalib gəlib. O, Avroraya doğru "ulduzlu yolda hərəkət" effektini yaratmaq üçün nisbətən uzun müddətdən istifadə edib.
Avadanlıq: teleskop Takahashi FSQ 106 ED, ştativ Astro-Physics 1200 GTO, kamera Canon EOS 6D Cooling CDS Mod, 530 mm f/5, ISO 1600, ümumi müddət - altı saat.
İtaliyanın Palladio şəhərindən olan Mario Cogo-nun fotosu "Cənub tacın tozu" adlanır. 58 yaşlı Cogo ilk kamerasını 16 yaşında aldığını və dərhal da ulduzları çəkməyə başladığını yazır. Cogo bütün şəkillərini İtaliynın şimalında yerləşən Braies gölü ərazisində çəkir.
Avadanlıq: kamera Sony SLT-A99V DSLR, obyektiv Minolta 80-200 135mm, müddət - 300 saniyə(х50) .
Bu fotoda Andromeda bürcünün parlaqlığna görə üçüncü ulduzu olan Alamakanın hərəkəti səma boyunca möhürlənib. Macar Ferenc Zemar bu fotonu fevralda çəkib. Foto "Səma mənzərəsi" kateqoriyasında qalib gəlib.
Avadanlıq: teleskop Takahashi FSQ106 - 106 mm, ştativ Paramount ME mount, kamera SBIG STL-11000M, müddət: LRGB: 30 dəqiqə.
"Robo-obyektiv" nominasiyası yarıavtonom rejimdə robotlaşdırılmış sistemlə çəkilən fotolar üçündür. Görkəmli astrofotoqraf və astronom Daniel Peach tərəfindən avtomatlaşdırılmış sistemin köməyilə çəkilən bu fotoda Ülkər bürcü və ondan yan keçən kometalar əks olunub.
Avadanlıq: fərdi üsulla yığılmış, əks etdirən teleskop 444 mm, Astronomik infraqırmızı filtr 807nm IR, müstəqil yığılan ekvatorial platforma, kamera ZWO ASI174MM, müddət -5,3 saniyə.
Britaniyalı Martin Louis-in "Veneranın lütfü" fotosu "ən yaxşı planet, kometa və asteroid fotosu" nominasiyasında qalib gəlib.
Fotodakı planet Veneradır.
Avadanlıq: kamera NIKON D810A, obyektiv 35mm-f/2, müddət 120 saniyə (х4).
Kədərli adı olan "Pərdə" fotosunda Günəşin öyrənilməsi üçün nəzərdə tutulan daxili Monqolustan radio rəsədxanasının mənzərəsi əks olunub. Fotonun müəllifi Lee Tianhondur.
Avadanlıq: kamera Canon EOS 5D Mark III, obyektiv 50 mm, müddət - 8 saniyə.
Italiyanın Castelrotto şəhərindən olan Fabian Dalpiaz bu il ən yaxşı gənc fotoraf seçilib. 16 yaşında olan Dalpiaz iki dəfə müsabiqədə mükafat alıb, hər ikisində də öz yaş kateqoriyasına görə.