Uşaqlara bu adların qoyulması QADAĞAN EDİLDİ

Yeni zelandiyalılara övladlarına “Kral”, “Müqəddəs” və “Məsih” adlarını qoymaq qadağan edilib.
Yeni Zelandiyanın Daxili İşlər Nazirliyi 2022-ci ildə səlahiyyətlilər tərəfindən rədd edilən körpə adlarının siyahısını açıqlayıb.
Bu siyahıya “Kral” , “Müqəddəs” və “Məsih” adları daxildir. Yeni Zelandiyanın Doğum, ölüm və evlilik qeydiyyatının rəisi Jeff Montgomery, bir tvitində adların "sahibini incitməməsini, ağlabatan uzunluqda olmasını və rəsmi titul və ya rütbəni təmsil etməməsini" təmin etmək üçün qaydalar olduğunu söyləyib.
Açıqlanan siyahıya əsasən, 2022-ci ildə ən çox rədd edilən ad “Kral” olub – valideynlər körpələrinə doqquz dəfə bu adı qoymağa cəhd ediblər. 2009-cu ildən bəri bu adın Yeni Zelandiyada uşaqlara verilməsinə çox vaxt icazə verilmir. 2022-ci ildə rədd edilən digər adlar "Müqəddəs" (8 dəfə), "Monarx" (7 dəfə), "Məsih" (4 dəfə), "Şah" və "Şahzadə" (hər biri 7 dəfə) olub. (lent.az)
Niyə hələ də bir saatı 60 dəqiqəyə bölürük? - 5000 illik sirr
İsveçli mühəndislərin özünəməxsus yumoru - FOTO
Sürücülük vəsiqəni təhvil ver, 50 000 al - FOTO
Bəlkə bu ekspozisiya daimi olsun? - FOTOLAR
İctimai nəqliyyatın əsasını qoyan fizik - FOTOLAR
Çində artıq skuterlərə də lidar quraşdırılır
Emin Ağalarovun qızı avtomobil sürdü – VİDEO
Lyukları son 60 ildə niyə premium sinif maşınlara quraşdırılır? - ARAŞDIRMA
600 manata görə təyyarəyə həbs qoyuldu
Bu rəngdə ikinci əl avtomobilləri satmaq daha çətin olur - ARAŞDIRMA
Yaşıl enerjiyə keçid iqlim dəyişikliklərinə necə təsir edəcək? – Ekoloq AÇIQLADI










