Uşaqlarımızı öldürən təhlükə - O hər yerdədir, hətta evimizdə...

ABŞ-ın məşhur professorlarından olan Nikolas Kardaras son illər dünyanı narahat edən əsas problemlərdən birinə toxunub. "Parlayan uşaqlar - ekran bağlılığı uşaqlarımızı bizdən alır"adlı kitabında müəllif bir sıra sensasiyalı faktların üstünü açıb.
Avtosfer.Az Publika-ya istinadən xəbər verir ki, professor Kardaras smartfonları rəqəmsal heroin adlandırır. Qeyd edir ki, telefonlara bağlılıq övladlarımızı psixikası pozulmuş narkomanlara çevirir.
Kitabda bir sıra valideynlərin təcrübəsi cəmlənib. "Süzanna adlı ana danışır ki, 6 yaşlı oğluma ipad aldım. Məktəbdə fantaziyasını gücləndirməsi məqsədilə bir sıra internet oyunları tövsiyə etdilər. İlk günlər oğlumun uğurlarına sevinirdim. Sonra gördüm ki, növbəti mərhələyə keçmək üçün virtual şəkildə heyvanları öldürməli, hansı yolla olursa-olsun qidalanmalıdır. Artıq iş işdən keçmişdi. Uşağım günbəgün daha çox aqressivləşirdi. İpad-i əlindən almaq istəyəndə də, ağlayıb, özünü öldürəcəyini deyirdi. Bir dəfə gecə otağına getdim. O, bu vaxtlar adətən yatırdı. Gördüyüm mənzərə məni şoka saldı. Oğlum trans vəziyyətində səssizcə ipad-in ekranına baxırdı. Onu dəfələrlə silkələyib, qışqırdım. Sonunda özünə gəldi. Hesab edirəm ki, smartfon rəqəmsal ölümdür. Övladlarımızı ondan qorumalıyıq".
Müəllif həmçinin diqqəti texnika dahilərinin üzərinə gətirir. Nəzərinizə çatdırım ki, Stiv Cobs uşaqlarına texnikadan istifadəni qadağan eləmişdi. Quql şirkətinin yaradıcıları da övladları üçün texnikadan uzaq, Montessori təlimli məktəblər seçmişdilər. Ümumiyyətlə bu gün dünyanı cənginə alan texnika dünyasının kralları öz şahzadələrini virtual aləmdən uzaq tuturlar. Axı bizim övladlarımız da ən dəyərli meyvələrimizdir. Onları niyə heroinə qurban verək?!
Bu haqda düşünün.
Sürət qutusunda problem olduğunu göstərən 5 vacib əlamət – ARAŞDIRMA
Bakıda maşın qiymətinə bağ icarəsi: Villaların kirayəsində REKORD ARTIM - FOTO
Qış təkərləri yayda niyə təhlükəlidir? – ARAŞDIRMA
Məşhur kilsəyə giriş pullu oldu
Avtomobil alarkən buna diqqət etmək zəruridir – TÖVSİYƏ
Polisə salam verməyə dayandı; sərxoş olduğu ortaya çıxdı - FOTO
Mexaniki avtomobil sürənlərin yaddaşı daha güclü olur? – ARAŞDIRMA
Rusiyada deputat əhalini benzin qıtlığına öyrəşməyə çalışdı
“Bolt”un sürücüsündən maraqlı addım; maşında qida bölməsi yaradıb – VİDEO
Taxtadan hazırlanan avtomobili yol polisi saxladı - VİDEO
Polis istidən əziyyət çəkənləri belə sərinlədir - FOTO










