Varlılar təyyarə deyil, qatarla hərəkət edirlər – ÇİNDƏ PARADOKS

Bu gün Çinin 2 böyük şəhəri – Pekin və Şanxayı 1300 kilometrlik müasir dəmir yolu xətti birləşdirir.
Avtosfer.az xəbər verir ki, yüksək sürətli qatarlar bu yolu 4 saat 18 dəqiqəyə qət edir. Maksimal sürəti 450 km/saat olan qatarlarda kommersiya sürəti 350-dir. 2027-ci ildən etibarən sürət 400 km/saata qaldırılacaq. Alternativ, yəni “yavaş xətlər”də isə dayanacaq çoxdur, yol 8 saata qət edilir ki, bu da pis sayılmır.
Yolda hər gün 100 qatar hərəkət edir və ötən il 52 milyon sərnişin daşınıb. Halbuki, aviaşirkətlər həmin istiqamətdə cəmi 8,6 milyon nəfərə xidmət göstərib.
Sərnişin artımı gəlirə də təsir edib. Ötən il Çin Dəmir Yolları bu xətdə sərnişindaşımadan təxminən 2 milyard dollar xalis mənfəət əldə edib. Aviaşirkətlər isə zərərlə işləməyə başlayıb.
Bəs milyonçuların qatara üz tutmasını nə ilə izah etmək olar? Çin dünyanın əksinəmi gedir? Axı ənənəvi olaraq imkanlı adamlar vaxt və komfort baxımından hava nəqliyyatını seçirlər?
Bu sualın cavabını Çinin dəmir yolu sisteminin fəaliyyətində axtarmaq lazımdır. Dəmir yolu ilə hərəkət edərkən vağzala cəmi 30 dəqiqə əvvəl gəlmək kifayətdir. Üstəgəl, vağzallarda uzun-uzadı qeydiyyat, təhlükəsizlik yoxlanışı və pasport nəzarəti kimi yorucu prosedurlar yoxdur. Qatar ənənəvi olaraq şəhərin mərkəzinə qədər gedir. Bütün bu amillər toplandıqda məlum olur ki, 2 şəhər arasındakı yolu qatarla daha tez qət etmək mümkündür.
Bundan əlavə, qatarlarda pulsuz internet mövcuddur, vağzallarda isə sərnişinlərin şəhərin istənilən yerinə çatdırılması gözəl təşkil olunub. Bu da qatarı daha maraqlı edir.
Hazırda dünyanın bir çox ölkəsi aviasiyadan istifadəni minimuma endirmək üçün Çin təcrübəsini öyrənir.
Vüqar
Bu rəngdə ikinci əl avtomobilləri satmaq daha çətin olur - ARAŞDIRMA
Yaşıl enerjiyə keçid iqlim dəyişikliklərinə necə təsir edəcək? – Ekoloq AÇIQLADI
Motosiklet sürücüsü kəmər taxmadığına görə cərimələnib - VİDEO
Nefti ABŞ-dən əvvəl Azərbaycan bu üsulla çıxarıb – Ekspert faktları AÇIQLADI - FOTO
Köhnə avtomobillərin faralarında niyə şüşəsilənlər quraşdırılmışdı? - ARAŞDIRMA
Azərbaycan Göyçə istiqamətində irəliləyib? – XƏRİTƏ
Qadınların hüquqları Azərbaycanda necə qorunur? - Özləri DANIŞDI
Bakıda işıqforlara kənardan MÜDAXİLƏ OLUNUR? - VİDEO
Svetoforların ilk dəfə hansı məqsədlə quraşdırıldığını bilirdiz? - FOTOSESSİYA
Çin bu problem də həll etdi; daha çox tutumu olan litium batareyalar istehsal olunacaq - FOTO
Bu ölkədə Çin maşınları müdafiə və kəşfiyyat orqanlarının ərazisinə buraxılmır - RƏSMİ










