Velosipedi oğurladı sonra isə…- VİDEO

Potensial oğrularla əyləndilər, onları bütün dünyada rüsvay etdilər. Avtosfer.az atv.az-a istinadən xəbər verir ki, ABŞ-ın Los Anceles şəhərində iki qardaşın velosiped oğruları üçün hazırladığı kamera zarafatı dünya mqiyasında izlənmə rekordu vurur.
Velosipedləri küçənin ortasında nəzarətsiz qoyan Ceremi və Ceyson Holden qardaşları kənara çəkilərək baş verənləri izləməyə başlayıblar. Velosipedin sahibsiz olduğunu düşünən bir neçə amerikalı dərhal onunla birgə aradan çıxmağa qərar veriblər. Gizli kameraların onları lentə alması bir yana sən demə velosipedlərə də elektrik ötürən cihaz yerləşdirilibmiş.
Oğru velosipedlə bir az irəlilədikdən sonra Holden qardaşları uzaqdan idarəetmə qurğusu ilə elektrik ötürücüsünü işə salıb. Cərəyan vuran oğrular velosipedə nəzarəti itirib və yolun ortasında bu vəziyyətlə üzləşiblər. Sosial mediaya düşən görüntülər təkcə ABŞ-da yox, ölkə hüdudlarından kənarda da sürətlə yayılmağa başlayıb. Maraqla izlənilən kamera zarafatı bundan sonra küçədə qarşılaşdığı velosipedi oğurlamaq istəyənləri bir daha düşünməyə vadar edəcək.
3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO












