Reklam

Xaricdən maşın sifariş edənlərə PİS XƏBƏR

Maraqlı 30 Sentyabr 2024 16:54 Oxunub 328
Xaricdən maşın sifariş edənlərə PİS XƏBƏR
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Son illər azərbaycanlılar ABŞ və digər ölkələrdə keçirilən auksionlarından çoxlu sayda maşınlar sifariş edirlər. Hazırda bu sahə ilə bağlı ölkəmizdə xidmət göstərən bir çox şirkətlər və şəxsi vasitəçilər mövcuddur.

Daha əvvəllər də ölkəmizdə xaricdən avtomobil sifarişi ilə bağlı praktika olsa da, kütləvi tələbat daha çox “Prius”, “İnsight”, “Civic” kimi taksi fəaliyyəti üçün nəzərdə tutulan maşınların gətirilməsindən sonra başladı. COVİD19 pandemiyasından sonra sərhədlərin bağlı olması isə bu prosesi daha da sürətləndirdi. Hazırda sifariş olunan avtomobillər daha çox ABŞ-ın sığorta hərraclarına təqdim olunmuş maşınlar olur.

Avtosfer.az xəbər verir ki, yenisabah.az bu sahədə fəaliyyət göstərən bəzi vasitəçilərlə əlaqə saxlayıb. Artıq illərdir bu işlə məşğul olan Elvin Qarayev sifarişlərin kifayət qədər çox olduğunu deyib. Onun sözlərinə görə, əvvəllər daha çox sedan tipli maşınların sifarişi oldurdusa, hazırda istənilən növdə maşınları gətirmək mümkündür: vakansiyalar

“Müştəri və tələbatdan tam razıyam. Eləcə də mənim kimi bu işlə məşğul olan vasitəçilərin işi yaxşıdır. Deyim ki, indi ciplərin “zakazı” oxalıb. “Kia”nın “Sorento”, “Sportage”, “Hyundai”ın “Elantra”, “Sonata” kimi modellərə tələbat pik səviyyədədir. Eyni zamanda “Ford”, “Fiat”, “Mercedes” kimi markaların sərnişindaşıma üçün nəzərdə tutulan modellərini də çox sifariş verirlər. İndi Avropadan maşın gətirmək ABŞ-a nisbətən daha rahatdır. Avronun ucuzlaşması vəziyyəti dəyişib. Avropada öz adamlarımız var. Onlar maşınları seçib, canlı görüb sonra alırlar. Bunun üçün elan saytlarına baxırıq, həmçinin oradakı avtosalonlarla əməkdaşlıq edirik. Elə adam var, 4-5 ədəd maşın daşıyanı var. Onlar ay ərzində iki dəfə maşın gətirirlər”.

Müsahibimiz deyib ki, sifarişlərin artması qiymətlərin də bahalaşacağını söyləməyə əsas verir. "Tələbatın artması ilə əlaqıdar olaraq “vuruqsuz” və işlək maşın tapmaq daha da çətinləşrir".
 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh