Yalnız burada saat əksinə dönür - SƏBƏBİ

Saat dedikdə hamımızın ağlımıza saat və dəqiqə əqrəblərinin sağa dönməsi gəlir. Çünki saat icad edildiyi gündən eyni istiqamətdə, soldan sağa hərəkət edir. Bütün dünyada saatlar bu istiqamətdə dönərkən, zaman yalnız bir yerdə sağdan sola axır. Nə üçün?
Avtosfer.az-ın xəbərinə görə, dünyada saatlar sağa hərəkət etdiyi halda, yalnız Boliviyada sola hərəkət edir.
Dünyanın bütün saatları sağa fırlandığı halda, dünyada yalnız bir ölkə Boliviya bu qaydaya əməl etmir. Boliviya vitse-prezidenti David Çoquhuanca 2014-cü ildə bu mövzuda mətbuat konfransı keçirərək jurnalistlərə “Kim dedi ki, saat həmişə eyni istiqamətdə dönməlidir? Niyə biz həmişə itaət etməliyik? Niyə biz yaradıcı ola bilmirik?” dedi və bu cümlələr böyük dəyişikliyin ilk addımları oldu.
Onun bu sözlərindən sonra La Paz Konqres binasının üstündəki böyük analoq saatın istiqaməti dəyişdirilib. Beləliklə, "Cənub Saatı" tərsinə işləyir. Təbii ki, bu vəziyyət müxtəlif reaksiyalar da gətirdi. Tənqidçilər bu addımı “lazımsız” adlandırdılar. Lakin ölkədə o gündən sonra yalnız bir o saat tərsinə işləyir.
Qeyd edək ki, zamanı ölçmək üçün istifadə edilən ilk günəş saatları eramızdan əvvəl 4000-ci ildə Qədim Misirdə icad edilib. Şimal yarımkürəsində icad edilən saat, Günəş şərqdən çıxıb qərbdə batarkən sağa doğru hərəkət etmək üçün nəzərdə tutulmuşdu və bu günə qədər həmişə sağa fırlanan saat dizaynları edilib. Qədim misirlilər çubuğu şaquli vəziyyətdə qoyub günəşin düşmə bucağına uyğun olaraq onun kölgə uzunluğuna və mövqeyinə baxaraq vaxtı hesablayırdılar.
Misir Şimal yarımkürəsində olduğu üçün çubuğun kölgəsi soldan sağa fırlanırdı. Misir Cənub yarımkürəsində olsaydı, çubuğun kölgəsi sağdan sola hərəkət edərdi. (Lent.az)
Dünyanın ən böyük elektrikli gəmisi sınaqdan keçirilir
Oğrular evdə ilk yoxladıqları 13 yeri AÇIQLADILAR
Ayaqqabıdan gələn qoxudan 1 məhsulla qurtulun
Bakıda "Suzuki"ni "Galenvagen"ə yığıb satışa çıxardılar - VİDEO
Azərbaycanda “Tesla” avtomobili yoldakı heyvanları insan kimi qeydə aldı - VİDEO
Qəza törədib mübahisə edən sərxoş şəxslər avtomobili güllələyib qaçdı - VİDEO
Dünyanın 7 ən təhlükəli yolu: Sürücülər qorxurlar
Aşağı sürətin yaratdığı təhlükə - PARADOKS
Bu ölkədə bir maşına iki nömrə taxıb sürmək mümkündür - FAKT
Maşınlarda sükanın yanındakı “OFF” düyməsi hansı məqamlarda istifadə edilməlidir? - TÖVSİYƏ
Yeni tunel və genişləndirilən yollar Bakıdakı tıxacın qarşısını ala bilər? - ARAŞDIRMA










