Yanacaq tapançası çənin dolduğunu necə anlayır? – FOTO + VİDEO

Yanacaq dolduran tapançanın içində gələn çaqqılğtı səsi yəqin ki, hər bir sürücüyə tanışdır. Görünüşcə çox sadə olan qurğu çənin dolmasını sirli bir şəkildə «hiss eləyir» və yanacaq verməni dayandırır.
Qeyd edək ki, tapançanın «burnunda» heç bir mürəkkəb ötürücü görünmür, hətta olsa belə yanacaqla dolu çənin içində naqilsiz rabitə yaratması mümkün deyil. Bəs bizi yanacaq doldurarma prosesini diqqətlə izləməkdən və pis nəticələrlə üzləşməkdən qoruyan siqnal hardan gəlir? Avtosfer.az xəbər verir ki, bu barədə "faktxeber.com" hər birinizi maraqlandıran bu sualınıza cavab tapmağa çalışacağıq. Əslində burda hər şey elektronun köməyi olmadan işləyir. Elə bu səbəbdən mexanizm etibarlıdır. Məsələ burasındadır ki, rıçaqa basmaqla açılan əsas klapandan əlavə tapançanın daxilində membranlı əlavə klapan da var. Tapançanın burnundan bu klapana çox nazik vakuumlu və ya siqnal kanalı gedir. Memran rıçaqa basılan anda «işə düşür» və vakuum kanalından hava axını gələn müddətdə işlək vəziyyətdə qalır. Kanal tapançanın daxilində əsas klapanın sahəsinə bitir və dəliyin yanından böyük sürətlə hərəkət edən benzin axını kanalda seyrəklik yaradır. Bu seyrəklik tapançanın burundakı dəliyi yanacaq çənindən havanı sormağa məcbur edir.

3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO












