Yeddi il əvvəl yoxa çıxan təyyarə ilə bağlı YENİ XƏBƏR

2014-cü ilin mart ayında MH370 reysi ilə uçan və müəmmalı şəkildə okean üzərində itən “Malaysia Airlines” şirkətinə məxsus təyyarə "nəzarətsiz yüksək sürətli dalğıc nəticəsində suya düşə bilərdi".
Lent.az xarici mediaya istinadla bildirir ki, bu versiyanı təyyarənin - qanad spoylerinin tapılmış dağıntılarının fotolarını araşdıran mütəxəssislər irəli sürüb.
Mütəxəssis Maykl Eksnerin fikrincə, spoyler "demək olar ki" Boeing 777-nin bir hissəsi olub. Onun sözlərinə görə, qəzaya uğrayarkən endiyi zaman da düşdüyü görünür.
Digər qalıqlar baş verənlərə daha çox aydınlıq gətirə bilər. Ancaq böyük ehtimalla təyyarənin sərnişinləri Avstraliyanın həddindən artıq cənub-qərb nöqtəsindən iki min kilometr aralıdakı okean dibindədirlər.
Xatırladaq ki, Boeing 777-200 radar ekranlarından 2014-cü il martın 8-də yoxa çıxıb. Kuala-Lumpur-Pekin marşrutu üzrə uçaq təyyarədə 227 sərnişin və 12 ekipaj üzvü olub. Təyyarə havaya qalxandan 40 dəqiqə sonra Cənubi Çin dənizi üzərində radardan itib. Sonrakı araşdırma göstərib ki, itkin düşdükdən sonra təyyarənin mühərrikləri uzun müddət işləməyə davam ediblər və iş məlumatlarını yerə ötürüblər.
Çin hökuməti “təkərli smartfon”lara qadağa qoyur
Niyə hələ də bir saatı 60 dəqiqəyə bölürük? - 5000 illik sirr
İsveçli mühəndislərin özünəməxsus yumoru - FOTO
Sürücülük vəsiqəni təhvil ver, 50 000 al - FOTO
Bəlkə bu ekspozisiya daimi olsun? - FOTOLAR
İctimai nəqliyyatın əsasını qoyan fizik - FOTOLAR
Çində artıq skuterlərə də lidar quraşdırılır
Emin Ağalarovun qızı avtomobil sürdü – VİDEO
Lyukları son 60 ildə niyə premium sinif maşınlara quraşdırılır? - ARAŞDIRMA
600 manata görə təyyarəyə həbs qoyuldu
Bu rəngdə ikinci əl avtomobilləri satmaq daha çətin olur - ARAŞDIRMA










