Yeni il münasibətilə bəzədilmiş “SantaBus” yenidən Bakı küçələrində - VİDEO

Bakıda “Yeni il” bayramı münasibətilə şam ağacı formasında bəzədilmiş avtobusun görüntüləri sosial şəbəkələrdə maraqla qarşılanıb.
Avtosfer.az-ın məlumatına görə, 10-TF-899 dövlət nömrə nişanlı “Daewoo” markalı avtobusun üzərinə nəqliyyat vasitələri üçün nəzərdə tutulmayan işıq cihazları quraşdırılıb. Eyni zamanda ictimai nəqliyyat vasitəsinin salonu müxtəlif işıqlarla bəzədilib. Bundan əlavə, avtobusun ön şüşəsində işıqla “SantaBus” və “2026” yazıları əks olunub.
Qeyd edək ki, nəqliyyat vasitəsinin sərnişin daşıyan avtobus kimi fəaliyyət göstərmədiyi bildirilir.
Xatırladaq ki, yol hərəkəti təhlükəsizliyi qaydalarına əsasən, nəqliyyat vasitələrinə standartdan kənar işıq qurğularının quraşdırılması qadağandır və bu hal digər sürücülər üçün diqqət yayınmasına, eləcə də qəza riskinin artmasına səbəb ola bilər.
Nərmin
Niyə hələ də bir saatı 60 dəqiqəyə bölürük? - 5000 illik sirr
İsveçli mühəndislərin özünəməxsus yumoru - FOTO
Sürücülük vəsiqəni təhvil ver, 50 000 al - FOTO
Bəlkə bu ekspozisiya daimi olsun? - FOTOLAR
İctimai nəqliyyatın əsasını qoyan fizik - FOTOLAR
Çində artıq skuterlərə də lidar quraşdırılır
Emin Ağalarovun qızı avtomobil sürdü – VİDEO
Lyukları son 60 ildə niyə premium sinif maşınlara quraşdırılır? - ARAŞDIRMA
600 manata görə təyyarəyə həbs qoyuldu
Bu rəngdə ikinci əl avtomobilləri satmaq daha çətin olur - ARAŞDIRMA
Yaşıl enerjiyə keçid iqlim dəyişikliklərinə necə təsir edəcək? – Ekoloq AÇIQLADI










