Banner

Yeni texnologiya ilə insanların düşüncələrini oxumaq mümkün olacaq – ZUKERBERQİN ŞİRKƏTİNDƏN YENİLİK

Maraqlı 25 Fevral 2025 14:30 Oxunub 798
Yeni texnologiya ilə insanların düşüncələrini oxumaq mümkün olacaq – ZUKERBERQİN ŞİRKƏTİNDƏN YENİLİK
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Yeni süni intellekt texnologiyası ilə artıq insan ağılını oxumaq mümkün ola bilər. “Meta” tərəfindən hazırlanan bu texnologiya insan beynindən keçən düşüncələri 80% dəqiqliklə öyrənməyə imkan verir. Bu isə insanların gizli düşüncələrinin artıq heç vaxt gizli qalmayacağı anlamına gəlir.

Avtosfer.az xəbər verir ki, yeni inkişaf etdirilən bu süni intellekt sayəsində, “Meta” şirkəti insan düşüncələrini daha əvvəl mümkün olmayan səviyyədə oxumaqda ciddi irəliləyişlər əldə edib. Əvvəllər fantastika filmlərində görülən və çoxları tərəfindən qeyri-mümkün hesab edilən bu texnologiya indi sadəcə bir dəbilqə vasitəsilə həyata keçirilə bilər.

Bu texnologiyanın əsas məqsədlərindən biri qəza və ya xəstəlik nəticəsində danışma qabiliyyətini itirmiş fərdlərin yalnız düşüncələri ilə ünsiyyət qurmalarını təmin etməkdir. Beləliklə, insanlar arasında fiziki əlaqə qurulmasa da, onların düşüncələri ilə səmərəli və sürətli bir şəkildə kommunikasiya mümkündür.

Lakin bu texnologiyanın inkişafı yalnız müsbət təsirlər vermir. Süni intellektin və bu cür texnologiyanın inkişafı digər tərəfdən ciddi təhlükələr də yarada bilər. Mütəxəssislərin fikrincə, bəşəriyyətin işini asanlaşdıran bu yeni texnologiyanın zərərli istifadəsinin qarşısını almaq çox vacibdir.

Bu cür inkişafların qanuni və etik tərəfləri diqqətlə nəzərdən keçirilməli və gələcəkdə insan hüquqlarının pozulmasının qarşısı alınmalıdır.

Eltac Zülfüqaroğlu

ŞƏRH YAZ
Ad

E-mail

Şərh