Yerdə həyat mənbəyinin sirri açıldı

Beynəlxalq tədqiqat qrupu 3,5 milyard il əvvəl Yerdəki mikrob həyatının "çiçəkləndiyini" müəyyən edib. Bundan əvvəl həmin dövrdə mikrob florasının məhv olma astanasında olduğu güman edilirdi. Avtosfer.az Oxu.az-a istinadən bildirir ki, bu barədə "Phys.org"da məlumat dərc olunub. Ehtimallara görə, ilk canlı orqanizmlər Yer üzündə 3-4 milyard il əvvəl meydana gəlib. Alimlər təkhüceyrəlilərin yaranması üçün mövcud olmuş təbii şəraiti tədqiq etməyə çalışıb. Onlar belə bir nəticəyə gəlib ki, ilk orqanizmlər Yer planetinin formalaşmasından dərhal sonra peyda olublarsa, deməli, kainatda (Yer planetindən savayı) canlı varlıqların olması ehtimalı kifayət qədər yüksəkdir. Tədqiqat qrupu üzvi mənşəli süxurların tərkibində olan kükürdün izotop quruluşunu təhlil edib. Məlum olduğu kimi, anaerob şəraitdə mikroorqanizmlər sulfatdan istifadə edir və nəticədə, sulfid ifraz edir. Kükürd izotoplarının kəmiyyəti metabolizm növlərindən asılı olur. Alimlər qədim dağ süxurlarında olan stabil kükürd izotopları ilə bakterial metabolizm arasındakı qarşılıqlı əlaqəni araşdırıb. Nəticədə, həyat əlamətlərinin hələ üç milyard il əvvəl mövcud olduğu ortaya çıxıb.
3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO












