Yol polisi həkimdən arayış alıb sərnişin daşıyan sürücüləri belə ifşa etdi - FOTO - VİDEO

Tez-tez sosial şəbəkələrdə rayonlardan Bakıya və əks istiqamətə taksilərin fəaliyyət göstərdiyini yazanlar olur. Hətta bəziləri postlardan guya pul müqabilində bu şəxslərə göz yumulduğunu idda edir. Ələt istiqamətdə yerləşən karantin postunda xidmət aparan Baş DYP İdarəsinin Yol Patrul Xidməti Alayının 6-cı tağımının komandiri, polis mayoru Etibar İbrahimov və tağımın əməkdaşı, kapitan Natiq Mövlayev bu üsullardan bir neçəsinin üstünü açıb. Belə ki, yerli ərazi idarəetmə orqanları və tibb xidməti məntəqələri həmin sürücülərə müxtəlif arayışlar verirlər. Guya bu şəxslər Bakı şəhərində yaşayır və ya Bakıda müalicəyə gedir. Təbii ki, möhürlü rəsmi sənədlə yol polisləri onları karantin postlarından buraxmağa məcbur olur. Həmçinin daşınan sərnişinlərə də xəstəlik kağızları alındığı üçün onları postdan buraxmaqdan başqa yol qalmır.
Sərnişinlər bildirirlər ki, bir gün əvvəldən 10 manat müqabilində sürücü onlar üçün "xəstəlik kağızı" düzəldir. Təbii ki, qanunla problem olmadığı üçün yenə də postlardan keçə bilirlər.
Amma yol polisi müşahidə kameraları vasitəsilə bu fırıldağın üstünü açıb. Məlum olub ki, 10 MC 994 dövlət nömrə nişanlı, "Mercedes" markalı avtomobilin sürücüsü Sabirabad rayon sakini Nasir Məmmədov müxtəlif vaxtlarda fəqli insanları Bakı şəhərinə gətirib. Bütün hallarda da "xəstəlik kağızından" istifadə olunub. Araşdırmalar zamanı həmin sənədlərin də saxta olduğu üzə çıxıb. Sürücü barəsində qanunvericiliyə uyğun tərdiblər görülüb.
Həmçinin Ucar rayon, Müsüslü kənd sakini Həsrətov Vüqar Rasim oğluna kənd icra nümayəndəsi vəzifəsini müvəqqəti icra edən Kamran Babaşlı tərəfindən sənəd verilib ki, o Ucarda qeydiyyatda olsa da Bakı şəhəri, Yeni Yasamal, Əsəd Əhmədov küçəsi, ev 45, mənzil 43-də yaşayır. Bu sənədlə sürücü Bakıya sərnişin daşıyır. Təbii ki, geri qayıdanda da qeydiyyat ünvanı Ucar olduğu üçün Bakıdan çıxa bilir.
Postlarda naryadların tez-tez dəyişdiyini nəzərə alsaq buna birbaşa nəzarət etməyin mümkün olmadığını görə bilərik. Sadəcə müşahidə kameraları vasitəsilə həmin avtomobillərin mütəmadi Bakıya gəlib-getdiyi aşkarlanır və barələrində müvafiq tədbir görülür.
Yol polisi yerli icra nümayəndələri, həkimlərin bu cür qanunsuz hərəkətlərə yol verdiklərinə görə ikiqat əziyyət çəkdiklərini bildirir.
Hüquq-mühafizə orqanlarına müraciət edərək təklif edirik ki, belə neqativ hallara qarşı tədbirlər həyata keçirilsin.
Faktları təqdim edirik:
Bu avtomobillərin sensorları oğurluq üçün əlverişlidir – ARAŞDIRMA - FOTO
Evdəki şkafın altında gizli keçid tapıldı; metro relslərinə çıxışı var - VİDEO
Çin maşının loqosunu silib başqa ad yazdılar; İFŞA OLUNDU - VİDEO
Bu taksi sürücüsünə dərdini danışmaq ödənişlidir; məsləhət almaq üçün 26 AZN ödəməlisən - FOTO
Dünyanın ən böyük elektrikli gəmisi sınaqdan keçirilir
Oğrular evdə ilk yoxladıqları 13 yeri AÇIQLADILAR
Ayaqqabıdan gələn qoxudan 1 məhsulla qurtulun
Bakıda "Suzuki"ni "Galenvagen"ə yığıb satışa çıxardılar - VİDEO
Azərbaycanda “Tesla” avtomobili yoldakı heyvanları insan kimi qeydə aldı - VİDEO
Qəza törədib mübahisə edən sərxoş şəxslər avtomobili güllələyib qaçdı - VİDEO
Dünyanın 7 ən təhlükəli yolu: Sürücülər qorxurlar















