Yupiterin peykində BİR MİLYON İNSANI təmin edəcək oksigen yaranır

NASA-nın reaktiv laboratoriyası Yupiterin 95 peykindən birində - Avropa adlandırılan peykdə hər gün min tona qədər oksigen əmələ gəldiyini müəyyən edib.
Yupiterin ən yaxın altıncı peyki olan Avropa Aydan bir qədər kiçikdir.
Yer kimi, onun da qayalı mantiyaya və sərt nüvəyə malik olduğu ehtimal edilir. Alimlərin apardıqları hesablamalar peykin saniyədə təxminən 12 kiloqrama yaxın oksigen istehsal etdiyini göstərir.
Bu məlumatlar 2022-ci ildə NASA-nın "Yuno" kosmik zondu tərəfindən toplanıb. Təşkilatın Yuno missiyası qaz nəhəngləri arasında ən yaxşı nümunə olan Yupiterin tarixini öyrənərək onun peyklərinin yaranma mərhələlərini anlamağa çalışacaq.
NASA Yupiterin sözü gedən peykində ətraflı kəşfiyyat işləri aparmaq və orada həyat üçün əlverişli şəraitin olub-olmadığını müəyyən etmək üçün 2024-cü il oktyabrın 10-da "Avropa Clipper" missiyasına başlamağı planlaşdırır. Alimlər Avropa peykinin Yerdən kənarda həyat üçün uyğun mühitləri tapmaqda ən perspektivli yer ola biləcəyini ehtimal edirlər. (Trend)
Dünyanın ən böyük elektrikli gəmisi sınaqdan keçirilir
Oğrular evdə ilk yoxladıqları 13 yeri AÇIQLADILAR
Ayaqqabıdan gələn qoxudan 1 məhsulla qurtulun
Bakıda "Suzuki"ni "Galenvagen"ə yığıb satışa çıxardılar - VİDEO
Azərbaycanda “Tesla” avtomobili yoldakı heyvanları insan kimi qeydə aldı - VİDEO
Qəza törədib mübahisə edən sərxoş şəxslər avtomobili güllələyib qaçdı - VİDEO
Dünyanın 7 ən təhlükəli yolu: Sürücülər qorxurlar
Aşağı sürətin yaratdığı təhlükə - PARADOKS
Bu ölkədə bir maşına iki nömrə taxıb sürmək mümkündür - FAKT
Maşınlarda sükanın yanındakı “OFF” düyməsi hansı məqamlarda istifadə edilməlidir? - TÖVSİYƏ
Yeni tunel və genişləndirilən yollar Bakıdakı tıxacın qarşısını ala bilər? - ARAŞDIRMA








