Yuxuda ünsiyyət qurmaq mümkün olacaq - YENİ KƏŞF

ABŞ-ın "REMSpace” texnologiya startapı, aydın yuxu vasitəsilə iki nəfər arasında ünsiyyət qurmağın mümkünlüyünü iddia edir. Şirkət bu nailiyyəti başa bərkidilən və WiFi vasitəsilə serverə qoşulan xüsusi cihazın köməyi ilə həyata keçirdiklərini bildirib.
Avtosfer.az “Azərtac”a istinadla xəbər verir ki, təcrübə zamanı hər iki iştirakçı aydın yuxu vəziyyətində olub. Şirkətin məlumatına görə, cihaz vasitəsilə iştirakçıların beyin dalğaları və ürək döyüntüləri izlənilib. Əvvəlcə aydın yuxuya girən iştirakçıya gizli bir söz çatdırılıb. Daha sonra bu mesaj, ikinci iştirakçı aydın yuxu vəziyyətinə keçdikdə ona ötürülüb. Təcrübənin nəticələrinə əsasən, ikinci iştirakçı yuxu vəziyyətində aldığı mesajı ayıldıqdan sonra düzgün şəkildə təkrar edib.
"REMSpace” bu nailiyyəti "ilk yuxu söhbəti” adlandırır. Lakin eksperimentin nəticələri hələ tanınmış elmi jurnalda dərc olunmayıb. Bu da müstəqil tədqiqatçılar tərəfindən nəticələrin təsdiqlənmədiyini göstərir. Şirkət, təqdim edilən məqalənin yaxın iki-altı ay ərzində nəşr olunacağını qeyd edib.
"REMSpace”in baş direktoru Maykl Raduqa bu texnologiyanın elm dünyasında inqilabi bir dönüş nöqtəsi ola biləcəyini vurğulayıb. Onun sözlərinə görə, yuxuya nəzarət süni intellektdən sonra növbəti böyük sənaye sahəsi ola bilər. O, oktyabrın 8-də keçirilən ikinci təcrübənin də müvəffəqiyyətlə başa çatdığını iddia edib. M.Raduqa bildirib:
"Dünən yuxularda ünsiyyət qurmaq elmi fantastika kimi görünürdü. Sabah bu texnologiya o qədər geniş yayılacaq ki, onsuz necə yaşadığımızı təsəvvür edə bilməyəcəyik”.
Bu yeni texnologiya, aydın yuxuların tədqiqində əhəmiyyətli bir mərhələ olmaqla yanaşı, elmi ictimaiyyət tərəfindən daha geniş miqyasda qiymətləndirilməsini gözləyir.
ABŞ elektromobil şirkətində qapı tutacaqlarının dəyişdirilməsi Konqresdə müzakirəyə çıxarıldı - FOTO
Dünyanın ən böyük rolkeri suya salındı – 10800 avtomobil tutur
Narkoman sürücülərlə mübarizədə Belçika təcrübəsi: HƏBS, CƏRİMƏ
Elektrikli avtomobilləri 13 il işlətdikdən sonra batareya tutumu 20-25% azalır - ARAŞDIRMA
Dünyanın ən gözəl stüardessaları - SİYAHI - FOTOLAR
120 il əvvəl sürücülər qışda belə geyinirdilər - FOTO
Elektromobillərin batareyasını dəyişdirmək xərci avtomobilin ikinci əl qiyməti ilə eynidir - ARAŞDIRMA
Dəmir yollarında keçən ömür - VİDEO
Yanacaqdoldurma məntəqəsində unudulan pişik evə qayıtmaq üçün 250 kilometr qət etdi
Tbilisi aeroportu tarixə qovuşur
Belə yollarda sürücülər yalnız sağ işıqfora baxmalıdır – Sürücülərə TÖVSİYƏ











