1000 manat qarşılığında Oğuzdan Bakıya narkotik və silah gətirməyə cəhd etdi - FOTOLAR - VİDEO

Oğuz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı xaricdə yaşayan narkotacirlər tərəfindən narkokuryerliyə cəlb edilən şəxslər saxlanılıblar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, daxil olmuş əməliyyat məlumatı əsasında şöbə əməkdaşlarının keçirdikləri tədbir zamanı Mingəçevir şəhər sakini, əvvəllər də narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğu üçün məhkum olunmuş Cavid Babayev saxlanılıb. Üzərindəki bağlamaya baxış keçirilərkən 1 kiloqram 525 qram qurudulmuş marixuana, 175 qram tiryək, metamfetamin, “AK-74” markalı avtomat, 28 ədəd patron və 2 daraq aşkarlanıb.
Araşdırma zamanı müəyyən edilib ki, C.Babayev tanışı, özünü Ramal kimi təqdim edən Səxavət Camalzadənin təklifi əsasında Oğuz rayonuna gəlib və 1000 manat qarşılığında ona deyilən ərazidən həmin bağlamanı Bakıya aparmaq üçün razılaşıb. Davam etdirilən tədbirlərlə S.Camalzadə də şübhəli şəxs qismində saxlanılıb O, ifadəsində sosial şəbəkədə tanış olduğu xarici ölkədə yaşayan narkotacir tərəfindən həmin narkotik vasitənin və odlu silahın Oğuzdan paytaxta çatdırılması təklifi aldığını, həmin təklifi də
Mingəçevir şəhərində yaşayan C.Babayevə yönləndirdiyini bildirib.
Faktla bağlı cinayət işi başlanıb, saxlanılan şəxslərin ətrafında istintaq-əməliyyat tədbirləri davam etdirilir.



Prezident Davosda “Euronews”a müsahibə verdi - FOTOLAR
Fidan Azərbaycanla bağlı sevindirici xəbəri açıqladı
Bakıda piyada zonaları ilə bağlı VACİB MƏQAM - "Bunu etməsələr, effekt verməyəcək" - FOTO
Bakının bu rayonlarında söküntü planlaşdırılır - VİDEO
Prezident bu məmuru yüksək vəzifədən azad etdi - SƏRƏNCAM - FOTO
Azərbaycanda 6 gün qar yağacaq - XƏBƏRDARLIQ
İlham Əliyev Şuşa ilə bağlı qanunu imzaladı
"ADY" ötən il 400-ə yaxın blok-qatar qəbul etdi - FOTO - VİDEO
Azərbaycanın şimal-qərb bölgəsinə güclü qar yağır - VİDEO
Quba-Qusar yolunda son vəziyyət necədir? - VİDEO
Bu avtobuslarda gediş haqqı bahalaşdı - Sərnişinlərin DİQQƏTİNƏ!











