Banner

102-yə ən çox nə üçün zəng edirlər? - SİYAHI

Xəbərlər 6 Sentyabr 2022 22:15 Oxunub 984
102-yə ən çox nə üçün zəng edirlər? - SİYAHI
WhatsApp kanalımıza abunə ola bilərsiniz

"102" - Zəng Mərkəzi Sisteminin rəisi Aygün Hümbətova açıqlamasında  bir gün ərzində qaynar xəttə təxminən 4500 zəng daxil olduğunu deyib. Onun sözlərinə görə, zənglərin təxminən mini hadisə və cinayətlərlə bağlı olur. Digərləri isə polisə aid olmayan mövzular olur.

Bəs, 102-yə ən çox nə üçün zəng edilir?

Mövzu ilə bağlı DİN Mətbuat Xidmətindən bildirilib ki, "102" Zəng Mərkəzinə müxtəlif məzmunlu müraciətlər daxil olur. Daxil olan bütün müracətlərə çevik reaksiya verilməklə müvafiq Baş İdarə, idarə, şöbə bölmələrə yönəldilir. Heç bir müraciətə “əsassızdır, səhvdir”, deyə etinasız yanaşılmır, müraciət müəllifinə belə hallarda da izahedici məlumat-cavablar verilir.

Yalan məlumat vermə halı çoxluq təşkil etmir, çünki yalan məlumat vermə hüqiqi məsuliyyət yaradır. 

Cəmiyyətə məlumdur ki, verilən hər bir məlumat mütləq yoxlanılır. "102" Zəng Mərkəzinin fəaliyyəti elə təşkil olunub ki, bütün daxil olan zənglər, müraciətlərin rəqəmsal qeydiyyat-uçotu aparılır. 

Daxil olan müracətlər sırasında isə bunlar çoxluq təşkil edir:

1. onlayn dələduzluq

2.sosial şəbəkələrlə bağlı vətəndaşların qarşılaşdıqları neqativ hallar

3.məişət səs-küyü 

Lent.az

ŞƏRH YAZ
Ad

E-mail

Şərh