125 min manatlıq oğurluq etdi, xarici ölkələrə istirahətə getdi - VİDEO

Qax rayonununda yerləşən iki evdən oğurluq edilib. Axşam saatlarında evlərə daxil olan naməlum şəxs 100 min manata yaxın pul və 25 min manat dəyərində qızıl-zinət əşyalarını talayaraq ələ keçirib.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Avtosfer.az-a bildirilib ki, polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən, əvvəllər də oğurluğa görə dəfələrlə məhkum edilmiş 32 yaşlı Elçin Rəşidov saxlanılıb. O, oğurladığı maddi vəsaitlə xarici ölkələrə istirahətə getdiyini, qızıl-zinət əşyalarını isə lombarda girov qoyaraq əvəzində pul götürdüyünü bildirib.
Araşdırmalarla E.Rəşidovun paytaxtın Binəqədi rayonunda da oğurluq etdiyi müəyyən edilib.
Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilib.
Yollarda duman var - Sürücülərin nəzərinə!
İlqar Hacıyevin Bakıdakı əmlakları müsadirə edildi - Siyahı
İlham Əliyev Fərman imzaladı
Paşinyan dəmiryolu daşımalarına görə İlham Əliyevə TƏŞƏKKÜR EDİB
İlham Əliyevdən diplomatik xidmətə qəbulla bağlı FƏRMAN
Saleh Məmmədovun əsas adamları vəzifələrindən kənarlaşdırıldı - FOTO
Baş nazirdən hərbi qulluqçuların maaşları ilə bağlı - Qərar
Vasif Talıbovun YAXIN ADAMINA cinayət işi açıldı
Prezidentin qızları və gəlini Yaşama Dəstək Mərkəzində - FOTOLAR
Könül Həmzəyeva axtarışa verildi - Dələduzluğa görə
Avtomobil Yolları Dövlət Agentliyində ARAŞDIRMALAR APARILIR










