Reklam

15 gün sonra komadan ayılan qazimizin atası danışdı - VİDEO

Xəbərlər 9 Dekabr 2020 16:53 Oxunub 1338
15 gün sonra komadan ayılan qazimizin atası danışdı  - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Sosial şəbəkələrdə Vətən müharibəsində yaralanaraq günlərlə komada qalan hərbçimiz Samir Mamedovun bu günlərdə komadan ayılmasıyla bağlı məlumatlar yayılıb. Ağcabədi rayonundan olan 27 yaşlı tankçı qazimiz müharibənin ilk günlərindən ön cəbhədə xidmət edib. 

Samirin atası Eldəniz Mamedov “Qafqazinfo”ya bildirib ki, məlumat doğrudur. Lakin oğlu təxminən bir ay öncə - noyabrın 10-da komadan ayılıb: 

“Oğlum Samir Mamedov 7 ildir ki, MAXE-dir, müharibənin ilk günündən ön cəbhədədir. Oktyabrın 27-də yaralanıb və komaya düşüb. 15 gün komada qaldıqdan sonra ayıldı”.

Atasının sözlərinə görə, hərbçi olmaq qazimizin ən böyük arzusu olub. Döyüşə də həvəslə, ərazi bütövlüyümüzü bərpa etmək məqsədilə gedib.

Qeyd edək ki, bir neçə aydan sonra igidimizin ilk övladı da dünyaya gələcək.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh