"166 Yükdaşıma və Logistika" xidmətindən "Bilik Günü"nə örnək layihə - FOTO - VİDEO

Xəbərlər 17 Sentyabr 2024 15:17 Oxunub 124
"166 Yükdaşıma və Logistika" xidmətindən "Bilik Günü"nə örnək layihə - FOTO - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

"166 Yükdaşıma və Logistika" xidməti "Bilik Günü" ilə əlaqədar örnək layihəyə imza atıb.

Avtosfer.az xəbər verir ki, şirkət Əməkdar artist Bəhram Bağırzadə ilə bərabər kimsəsiz uşaqları da diqqətdən kənar saxlamayıb. Şirkət əməkdaşları və uşaqların "Bəhram əmi"si "Ümid kimsəsiz uşaq evi"ndə 50-dən çox kimsəsiz uşaqla bir araya gəlib. Onlara Azərbaycan tarixi, Qarabağ atları, İrəvan mövzusunda maraqlı və maarifləndirici kitablar hədiyyə edilib. Daha sonra şirkət əməkdaşları və əməkdar artist uşaqlarla xoş vaxt keçiriblər.

Sözügedən gündən yaddaqalan görüntüləri təqdim edirik:

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh