2000-dən çox məhkum cəzadan tamamilə azad edilib - RƏSMİ

“Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” ölkə Prezidentinin Fərmanı əsasında cinayət qanunvericiliyinə edilən mühüm dəyişiklər nəticəsində 2000-dən çox məhkum cəzadan tamamilə azad edilib.
Bu barədə Məhkəmə-Hüquq Şurasının növbəti iclasında çıxış edən Ədliyyə naziri Fikrət Məmmədov məlumat verib.
Onun sözlərinə görə, yeni qanunların tətbiqi ilə 3300-dən artıq məhkumun isə cəza müddəti azaldılıb.
Eyni zamanda iclasda COVID-19 infeksiyasının qarşısının alınması ilə bağlı ötən il həyata keçirilən tədbirlər, o cümlədən beynəlxalq tövsiyələr də nəzərə alınmaqla məhkəmələrdə işlərə baxılmasının məhdudlaşdırıldığı, zəruri profilaktik və preventiv işlərin görüldüyü bildirilib.
“Məhkəmə proseslərinin «Elektron məhkəmə» informasiya sistemi vasitəsilə distant aparılması üçün xüsusi proqram modulu hazırlanıb, bir çox işlərə video bağlantı ilə baxılıb. Operativ olaraq qanunvericiliyə dəyişikliklərin edilməsi cinayət işlərinə də bu formatda baxılmasına imkan verib”, - deyə məlumatda qeyd olunub.
Sahil Babayevin yeni hədəfləri: Antiinhisar Maliyyə Nazirliyinin tabeliyinə verilə bilər
Bir icra başçısı işdən çıxardı, digəri vəzifə verdi - FOTO
Bu obyektlərə hüquqi mühafizə verilməyəcək - Prezident təsdiqlədi
Azərbaycanda yeni təqaüd təsis olundu - FƏRMAN
Müdafiə nazirinin yanındakı general kimdir? - DOSYE - FOTO
Bu yolda sürət həddi bərpa edildi
Quba-Xınalıq yolunda avtomobillərin hərəkəti qismən bərpa olundu - YENİLƏNİB
NİİM işıqforlarla bağlı hərəkət iştirakçılarına müraciət etdi - FOTOLAR
Azərbaycan neftinin qiyməti rekord həddə bahalaşdı - SON RƏQƏM
Bu yolda sürət həddi endirildi - FOTO
Sürücülərin NƏZƏRİNƏ: Bəzi yollarda duman olacaq










