Banner

26 zirvəyə bayraq sancan qəhrəmanımız - VİDEO

Xəbərlər 1 Noyabr 2022 16:29 Oxunub 950
26 zirvəyə bayraq sancan qəhrəmanımız - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Bu gün Ağstafada hər kəs qəhrəman övladı ilə fəxr edir. Torpağı, bayrağı bütün dəyərlərdən uca tutan, düşmənə qan udduran vətən oğlu. Söhbət Vətən Müharibəsi Qəhrəmanı, Sərhəd Qoşunlarının baş giziri şəhid Azər Yusiflidən gedir.

Füzulinin, Cəbrayılın, Zəngilanın azad olunmasında iştirak edən şəhid ümumilikdə 26 ərazidə Azərbaycan bayrağını ucaldıb.

Azər Yusifli nişanlı olub, illərdir könül verib sevdiyi xanımla ailə quracaqdı.

“Oktyabrda Azərin məzuniyyəti olmalı idi. O, həmişə məzuniyyətini iki yerə bölürdü. Amma bu dəfə toyuna görə bütöv götürmüşdü. Məzuniyyətinin əvəzinə müharibə qismət oldu”, - deyə şəhidin atası Nazim Yusifov deyib.

Hazırda Azərin doğulub boya-başa çatdığı Böyük Kəsik kəndində şagirdlər onun adını daşıyan məktəbdə təhsil alırlar. Həmçinin Ağstafa şəhərinin mərkəzi küçələrindən biri onun adını daşıyır.

Ətraflı Baku TV-nin videosunu təqdim edirik:

ŞƏRH YAZ
Ad

E-mail

Şərh