30 ildən artıq həbsdə olmuş şəxsdən “Makarov” götürüldü - FOTO - VİDEO
Xəbərlər
4 İyul 2024 10:00
Oxunub 366
Saatlı sakinindən “Makarov” götürülüb. Avtosfer.az xəbər verir ki, Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə rayon sakini, əvvəllər törətdiyi müxtəlif cinayət əməllərinə görə 30 ildən artıq məhkumluq həyatı yaşayan Nazim Muradov saxlanılıb. Onun üzərinə baxış zamanı “Makarov” markalı tapança, patron darağı və 4 ədəd patron aşkarlanaraq götürülüb.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR