32 ildir evində yaşayan keçmiş məcburi köçkünü çıxara bilmir - VİDEO

“İki körpə uşaqla kirayə evdə qalırıq. Gedəcək yerimiz yoxdur, qalmışıq küçələrdə”.
Avtosfer.az xəbər verir ki, bu sözləri yoldaşı ilə özünə mənzil alan, lakin uzun illərdir evində keçmiş məcburi köçkünlərin məskunlaşdığı Reyhan Səlimova deyib.
Sumqayıt şəhər sakini R.Səlimova bildirib ki, illərdir əzab-əziyyətlə aldığı evə 32 ildir uzaqdan baxmaqdan başqa əlindən heç nə gəlmir. Səbəb isə 1993-cü ildə Zəngilan rayonundan olan keçmiş məcburi köçkünlərin Səlimovların evində məskunlaşmasıdır.
Bildirilib ki, Zəngilandan olan Cabbarovlar ailəsi 3 uşaqla birgə onun evinə sığınıblar. Səlimova ovaxtkı çətin günləri nəzərə alaraq uzun illər boyu nə o evin adını anıb, nə də ev tərəfdən yolunu salıb. Həmin gündən kirayələrdə və qohum evlərində qalan R.Səlimova 1996-cı ildə həyat yoldaşını itirib və 2 övladını təkcə böyüdüb. İndi də xərçəng xəstəliyindən əziyyət çəkən Reyhan Səlimova nə müalicə xərclərini qarşılaya bilir, nə də kirayə qaldığı mənzilin pulunu ödəyə bilir: “Dəfələrlə qapıya getdim. Xahiş elədim ki, bir otaq da olsa, versinlər, gəlib mən də qalım. Ona da icazə vermədilər”.
Onun iddiasına görə, Cabbarovlar ailəsinin Bakıda evləri var, amma köçmək istəmirlər.
Məsələ ilə bağlı Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsinin mətbuat katibi İbrahim Mirzəyev bildirib ki, məsələ artıq nəzarətə götürülüb: “Reyhan Səlimovaya məxsus Sumqayıt şəhərində yerləşən və keçmiş məcburi köçkün Nargilə Cabbarova ilə ailəsinin məskunlaşdığı mənzil Komitənin diqqətindədir. Mənzil sahibinin müraciəti əsasında məsələ araşdırılır. Vətəndaş Komitə sədrinin müavini Fuad Hüseynov tərəfindən qəbul edilib. Bildirilib ki, N. Cabbarovanın qeydiyyatda olduğu Zəngilan rayonunun Qıraq Müşlan kəndi bərpa edildikdən sonra ailənin həmin əraziyə köçürülməsi qanunvericiliyə uyğun şəkildə həll olunacaq”.
Daha ətraflı Real TV-nin hazırladığı süjetdə:
Niyaməddin Musayevin qızı polkovnik imiş, uzun müddət RƏİS İŞLƏYİB
Bəzi ərazilərdə velosiped zolaqları ləğv edilsin - TƏKLİF
Metronun "Memar Əcəmi" stansiyasının girişində təhlükəli vəziyyət yaranıb? - RƏSMİ AÇIQLAMA
Müslümovla Hacıyevin əmlakları satışda - 350 minlik mənzil, avtomobillər… - FOTO
Həbs edilib azadlığa buraxılan məmurun milyonluq əmlakları satışa çıxarılır - ŞOK SİYAHI
Dörd ay əvvəl tutulan şirkət rəhbəri həbsdən buraxıldı - FOTO
“İnanın mənə, bu, xoş hissdir” - Prezident sülhdən danışdı
Prezident Davosda “Euronews”a müsahibə verdi - FOTOLAR - YENİLƏNİB
Fidan Azərbaycanla bağlı sevindirici xəbəri açıqladı
Bakıda piyada zonaları ilə bağlı VACİB MƏQAM - "Bunu etməsələr, effekt verməyəcək" - FOTO
Bakının bu rayonlarında söküntü planlaşdırılır - VİDEO











